Ən problemli smartfonlar məlum olub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ən problemli smartfonlar məlum olub

15:46 - 21 / 11 / 2016
Ən problemli smartfonlar məlum olub

“Blannco Technology Group” analitik şirkəti smartfon və planşetlərdə nasazlıqların aşkar edilməsi üzrə tədqiqatın nəticələri ilə bağlı məlumat verib. Mütəxəssislərin məlumatına görə, “Android” cihazlarla müqayisədə “iPhone” qurğuları daha problemlidir.

1news.az ICTnews-a istinadən xəbər verir ki, mütəxəssislər həm proqram təminatı, həm də aparatlarda müşahidə olunan nasazlıqları nəzərə alıblar.

Onlar 2016-cı ilin 3-cü rübünün nəticəsinə görə, “iOS” və “Android” cihazlarında qeydə alınmış problemlərin sayını müqayisə ediblər.

Tədqiq edilmiş “Apple” qurğularının 62 faizində nasazlıq müşahidə olunub, problemli “Android” cihazlarının payı 47 faiz təşkil edib. “iOS” qurğuları arasında ən çox nasazlıq “iPhone 6” cihazında müşahidə olunub, “iPhone 5S” və “iPhone 6S” antireytinqdə müvafiq olaraq ikinci və üçüncü yeri tutublar. “iPhone 4S” ən sabit qurğudur, bu modellə bağlı problemlər yalnız 2 faiz təşkil edib.

“LeEco Le2” qurğusu “Android” mobil əməliyyat sistemi ilə işləyən cihazlar arasında ən problemli smartfondur.

“Xiaomi” şirkətinin “Redmi 3S” və “Redmi Note 3” qurğuları antireytinqdə ikinci və üçüncü yeri tutublar. Qabaqcıl “Samsung Galaxy S7 edge” qurğusu dördüncü yerdə qərarlaşıb.

1news.az

Paylaş:
908

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər