Kiyevdə nümayişçilərlə polis arasında qarşıdurma baş verib | 1news.az | Xəbərlər
Dünya

Kiyevdə nümayişçilərlə polis arasında qarşıdurma baş verib

23:02 - 21 / 11 / 2016
Kiyevdə nümayişçilərlə polis arasında qarşıdurma baş verib

Ukrayna paytaxtı Kiyevin Müstəqillik meydanında nümayişçilərlə polis arasında qarşıdurma baş verib. İnsidentə səbəb bir qrup nümayişçinin meydana təkərlər gətirərək yandırması olub.

Hadisə nəticəsində saxlanılanların olduğu bildirilir.

Qeyd edək ki, bu gün Ukraynada 2013-cü ildə “Maydan” hərəkatının başladığı günlə əlaqədar «Şərəf və Azadlıq Günü» qeyd olunur. Polis nümayişdə 400 nəfərin iştirak etdiyini bildirib. 

APA

Paylaş:
860

Son xəbərlər

Bütün xəbərlər