BANM-da İzmir Universiteti ilə memorandum imzalanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM-da İzmir Universiteti ilə memorandum imzalanıb

11:49 - 21 / 11 / 2016
BANM-da İzmir Universiteti ilə memorandum imzalanıb

Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəb ilə Türkiyənin İzmir Çələbi Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalandı.

Bu haqda 1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.         

Tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov qonaqları salamladı. Rektor hər iki ali təhsil müəssisəsi arasında çoxlu oxşar cəhətlərin olduğunu bildirdi. Elmar Qasımov Azərbaycan-Türkiyə münasibətlərinin dostluq və qardaşlıq münasibətləri olduğunu dedi. O, qarşılıqlı maraq doğuran məsələlərdən danışaraq imzalanacaq əməkdaşlıq müqaviləsinin həm tələbə və professor-müəllim heyəti, həm də bütövlükdə, iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa rəvac verəcəyini vurğuladı.

Bakı ilə İzmirin qardaş şəhərlər olduğunu vurğulayan Türkiyənin İzmir Celebi Universitetinin rektoru Galip Akhan Azərbaycanda və BANM-də olmaqdan məmnun olduğunu bildirdi. Rektor Galip Akhan müqavilədə hər iki tərəf üçün vacib olan, qarşılıqlı maraq doğuran ixtisaslar üzrə bakalavriat və magistratura səviyyələrində, eləcə də qısa müddətli sənaye yönümlü kurslarda mütəxəssis hazırlığında əməkdaşlığın nəzərdə tutulduğunu dedi.

Sonra Bakı Ali Neft Məktəbi ilə Türkiyənin İzmir Çələbi Universiteti arasında anlaşma memorandumu imzalandı. Müqaviləyə əsasən, həmçinin müvafiq sahələrdə tədris və elmi materialların mübadiləsi, birgə elmi forum və konfransların təşkili və bu tədbirlərdə, eləcə də hər iki tərəfin korporativ tədbirlərində tələbə və əməkdaşlarının qarşılıqlı iştirakının təmin edilməsi, birgə elmi-tədqiqat layihələrinin işlənib hazırlanması, o cümlədən  Ömürboyu təhsil konsepsiyası çərçivəsində biliklərin yayılması istiqamətində birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Sonda rektor Elmar Qasımov İzmir Celebi Universitetinin rektoru Galip Akhana BANM-in “Fəxri qonaq” diplomunu təqdim etdi.

1news.az

Paylaş:
536

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər