Şeyxülislam: Qarabağdakı vəziyyət bütün müsəlman və xristianlar üçün yaradır | 1news.az | Xəbərlər
Cəmiyyət

Şeyxülislam: Qarabağdakı vəziyyət bütün müsəlman və xristianlar üçün yaradır

16:12 - 22 / 11 / 2016
Şeyxülislam: Qarabağdakı vəziyyət bütün müsəlman və xristianlar üçün yaradır

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Moskvada patriarx Kirillə görüşüb.

1news.az Trend-ə istinadən xəbər verir ki, A.Paşazadə Dağlıq Qarabağda sülh səylərinə görə Rus pravoslav kilsəsinə minnətdarlığını bildirib.

QMİ sədri qeyd edib ki, Qarabağdakı vəziyyət hamı üçün - bütün müsəlman və xristianlar üçün yaradır:

“Biz sizin bu münaqişənin dini səviyyəyə keçməməsi üçün səylərinizi yüksək qiymətləndiririk. Siz bu münaqişənin dinc yolla həlli üçün hər cür səy göstərməyə çalışırsınız”.

1news.az

Paylaş:
807

Son xəbərlər

Bütün xəbərlər