Azərbaycan neftinin qiyməti 50 dollara yaxınlaşır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 50 dollara yaxınlaşır

11:45 - 22 / 11 / 2016
Azərbaycan neftinin qiyməti 50 dollara yaxınlaşır

Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.

1news.az xəbər verir ki, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,80 dollar bahalaşaraq 47,49 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 2,04 dollar artaraq 48,90 dollar olub.

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 2,60 dollar bahalaşaraq 49,64 dollar təşkil edib.

1news.az

Paylaş:
559

Son xəbərlər

Bütün xəbərlər