McDonald’s Azərbaycan “Əl uzat, Qəlbini aç!” aksiyasında iştirak edən bütün müştərilərə təşəkkür edir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

McDonald’s Azərbaycan “Əl uzat, Qəlbini aç!” aksiyasında iştirak edən bütün müştərilərə təşəkkür edir – FOTO

10:55 - 23 / 11 / 2016
McDonald’s Azərbaycan “Əl uzat, Qəlbini aç!” aksiyasında iştirak edən bütün müştərilərə təşəkkür edir – FOTO

1-20 noyabr tarixlərində  McDonald’s Azərbaycan şirkəti McDonald’s restoranlarında keçirilən “Əl uzat, Qəlbini aç!” adlı xeyriyyə aksiyasında iştirak edən bütün müştərilərə minnətdarlığını bildirir.

Aksiyanın simvolu olaraq səmimiyyət və mərhəməti ifadə edən “ovuc” stikeri və xüsusi suvenir olan qolbaqlar seçilib. Ənənəvi olaraq, aksiya Azərbaycandakı bütün McDonald's restoranlarında eyni vaxtda keçirilib. 1-20 noyabr tarixlərində McDonald's restoranında “ovuc” stikerini, qolbaq və böyük Frenç Frayzı (yalnız 20 noyabr) alan hər bir ziyarətçi xeyriyyə tədbirinin iştirakçısına çevrilib və beləliklə uşaqlara yardım edib.

Aksiya zamanı toplanmış 10 922 manat vəsait valideyin himayəsindən məhrum olmuş uşaqlar üçün №2-li ümumi orta internat məktəbində xüsusi idman meydançasının tikilməsinə sərf ediləcək.

İnternat evinin direktoru Dilarə Məşədiyeva aksiya ilə bağlı minnətdarlığını bildirib:

“Mən sizə belə gözəl aksiya təşkil etdiyiniz üçün dərin təşəkkürümü bildirirəm. “Əl uzat, Qəbini aç!” şüarı sözün əsl mənasında qəlbinizi uşaqlar üçün açdığınızı göstərdi. McDonald’s Azərbaycan şirkətinə və işçi heyətinə xüsusi təşəkkür edirəm. Bildiyim qədər şirkət mütəmadi olaraq bu cür aksiyalar keçirir. Onlara bu cür xeyriyyə tədbirlərini daima uğurla başa çatdırmalarını və yardım aksiyalarının davamlı olmasını arzu edirəm”.

Qeyd edək ki, “Əl uzat, Qəlbini aç!” aksiyası BMT-nin 20 noyabr 1959-cu il tarixində qəbul etdiyi deklarasiyaya uyğun olaraq hər il noyabrın 20-si qeyd olunan Ümumdünya Uşaqlar Gününə təsadüf edib.

Reklam hüququnda

Paylaş:
839

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər