“Qəbələ” məğlub oldu - YENİLƏNİB | 1news.az | Xəbərlər
Futbol

“Qəbələ” məğlub oldu - YENİLƏNİB

22:03 - 24 / 11 / 2016
“Qəbələ” məğlub oldu - YENİLƏNİB

"Qəbələ" "Anderlext"ə məğlub oldu. 

İkinci hissədə meydan sahibləri daha aktiv oyun nümayiş etdiriblər. 75-ci dəqiqədə rəqib qapıçının Ruslan Qurbanova kobud oyunu "Qəbələ"yə daha bir penalti qazandırıb. Bu dəfə də Rikardinyo topa yaxınlaşıb.

Lakin "Qəbələ"nin futbolçusu zərbədən əvvəl cərimə meydançasına daxil olduğu üçün hakim Rikardinyonun qolunu qeydə almayıb. Təkrar penaltidə isə futbolçu çərçivəyə düşə bilməyib.

75-ci dəqiqədə "Qəbələ" azlıqda qalıb: Rəşad Eyyubov meydandan qovulub. Ardınca qonaqlar təzyiqi artırıb. Oyunun 90-cı dəqiqəsində rəqib futbolçu Massimo Bruno "Qəbələ"in qapısından ikinci topu keçirib. Artırma dəqiqələrində meydan sahibləri qapısında daha bir qol görüb.

Bundan sonra qapılara qol vurulmayıb və oyun "Anderlext"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

21.43

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində “Qəbələ” komandası bu mövsümdə sonuncu ev oyununu keçirib.

“C” qrupunda mübarizə aparan təmsilçimiz “Bakcell Arena”da Belçikanın “Anderlext” klubu ilə qarşılaşıb.

Ukraynalı referi Yevgeni Aranovskinin idarə etdiyi matçda “Qəbələ”nin start heyətində Dmitri Bezotosnı (kapitan), Nika Kvekveskiri, Asif Məmmədov, Vitali Vernidub, Bagali Dabo, Filip Ozobiç, Rikardinyo, Teo Uiks, Rəşad Eyubov, Ürfan Abbasov və Rafael Santos yer alıblar.

Belçika təmsilçisinin ilk onbirliyində isə meydana Frank Boeks, Uroş Spayiç, Bram Nuytink, Dieqo Kapel, Frank Aşemponq, Yuri Tilemans, Lender Dendonker, İvan Obradoviç, Emanuel Soa, Nikolae Stansiu və Lukaş Teodorçuk çıxıblar.

Komandaların cəhdlərinə baxmayaraq, birinci hissənin qalan dəqiqələrində qapılara qol vurulmayıb və matçın ilk yarısı 1:1 hesabı ilə başa çatıb.

1news.az

Paylaş:
876

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər