Azərbaycan millisi FIFA U-15 dünya çempionatına iri hesablı qələbə ilə start verib | 1news.az | Xəbərlər
İdman

Azərbaycan millisi FIFA U-15 dünya çempionatına iri hesablı qələbə ilə start verib

1news Redaksiyası21:00 - Bu gün
Digər dillərdə oxuyun:РусскийEnglish
Azərbaycan millisi FIFA U-15 dünya çempionatına iri hesablı qələbə ilə start verib

Azərbaycan millisi Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında ilk oyununu keçirib.

1news.az xəbər verir ki, Baku Crystal Hall-da Timor-Leşti yığması ilə görüş Azərbaycan futbolçularının 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları Müşfiq Zamanov (2), Yusif Əlizadə, Həsən Mahmedov (2) və Asif Allahverdizadə vurub.

Qeyd edək ki, U-15 dünya çempionatı Hövsan İdman Kompleksində keçiriləcək və oktyabrın 30-da başa çatacaq, final isə Baku Crystal Hall-da olacaq.

Azərbaycan millisi oktyabrın 25-də saat 12:45-də Andorra, 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq. Hər iki oyun Hövsan İdman Kompleksinin 10A meydançasında keçiriləcək. Bir gün sonra, oktyabrın 26-da milli saat 11:30-da İsrail, 18:15-də isə Haiti yığması ilə üz-üzə gələcək.

Paylaş:
97

Son xəbərlər

Bütün xəbərlər