SAM-ın nümayəndə heyəti İrana səfər edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

SAM-ın nümayəndə heyəti İrana səfər edəcək

13:05 - 25 / 11 / 2016
SAM-ın nümayəndə heyəti İrana səfər edəcək

25-28 noyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyəti İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzi tərəfindən təşkil olunmuş tədbirlərdə iştirak və çıxış etmək üçün İran İslam Respublikasına səfər edəcək.

1news.az-a SAM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən xəbərə görə, SAM-ın direktoru Fərhad Məmmədovun başçılıq etdiyi  nümayəndə heyətinin tərkibinə SAM-ın Xarici Siyasət Məsələlərinin təhlili şöbəsinin əməkdaşları Məsiağa Məhəmmədi, Fuad Çıraqov, Kamal Qasımov və İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin aparıcı elmi-işçisi Gülmira Rzayeva daxildir.

Səfər ərəfəsində İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin  Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzində ekspertlərin iştirakı ilə dəyirmi masa təşkil olunacaq və İranın bir sıra digər aparıcı beyin mərkəzlərində müzakirələr aparılacaq.

Daha sonra SAM nümayəndə heyətinin İran XİN rəsmiləri ilə görüşü də nəzərdə tutulub.    

1news.az

Paylaş:
656

Son xəbərlər

Bütün xəbərlər