Maliyyə Bazarlarına Nəzarət Palatası əmanətlərin sığortalanması ilə bağlı edilən dəyişikliklərə aydınlıq gətirib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Maliyyə Bazarlarına Nəzarət Palatası əmanətlərin sığortalanması ilə bağlı edilən dəyişikliklərə aydınlıq gətirib

13:51 - 25 / 11 / 2016
Maliyyə Bazarlarına Nəzarət Palatası əmanətlərin sığortalanması ilə bağlı edilən dəyişikliklərə aydınlıq gətirib

Cümə günü, noyabrın 25-də Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycanda dövlətin əmanətlərin sığortalanması sistemindən çıxması ilə bağlı yayılmış məlumatları təkzib edən bəyanatla çıxış edib.

Xatırladaq ki, bu məlumat bir sıra saytlarda MBNP-nın rəhbəri Rüfət Aslanlının çıxışına istinadla dərc edilib.

Həmçinin qeyd edilib ki, Aslanlı qeyd edir ki, “mövcud əmanətlərin sığortalanması sisteminin təminatında böyük ədalətə ehtiyac” hiss olunur.

Bununla yanaşı 1news.az-a qurumdan daxil olan press-relizdə qeyd edilir ki, “bu məlumat həqiqəti əks etdirmir”.

“Əmanətlərin sığortalanması sistemi “Əmanətlərin sığortalanması haqqında” və “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunları tənzimlənir. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa  əsasən 2016-cı il martın 4-dən etibarən ölkə banklarındakı, qanunvericiliklə müəyyən edilmiş faiz dərəcəsi həddində olan fiziki şəxslərin bütün qorunan əmanətləri qarşıdakı 3 il müddətində tam sığortalanır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən yalnız vətəndaşların hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, digər bütün hallarda isə normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur.

Bankçılıq Forumunda çıxışı zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Azərbaycanda bank əmanətlərinin sığortalanması sisteminin təkmilləşdirilməsinə və təkcə, əmanətçi olan vətəndaşların deyil, sahibkarların və biznesin vəsaitlərinin qorunmasına ehtiyac olduğunu bildirib. O, həmçinin qeyd edib ki, dövlət vəsaitləri hesabına Əmanətlərin Sığortalanması Fondunun əlavə kapitallaşmasına ehtiyac var. Yəni, Palata əmanətlərin sığortalanması sisteminin daha da təkmilləşdirilməsini və vətəndaşlarla yanaşı sahibkarlığın da maraqlarının qorunmasını təklif edir”, – məlumatda qeyd edilir. 

1news.az

Paylaş:
1063

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər