Belarus prezidenti Azərbaycana gələcək | 1news.az | Xəbərlər
Siyasət

Belarus prezidenti Azərbaycana gələcək

14:54 - 25 / 11 / 2016
Belarus prezidenti Azərbaycana gələcək

Belarus prezidenti Aleksandr Lukaşenko noyabrın 28-29-da Azərbaycana rəsmi səfər edəcək, bu barədə dövlət başçısının mətbuat xidməti cümə günü məlumat yayıb. 

Səfərin proqramına əsasən, Azərbaycan və Belarus prezidentlərinin təkbətək və geniş tərkibdə görüşləri nəzərdə tutulur. Prezidentlər Belarus-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri, o cümlədən, ticari-iqtisadi əməkdaşlıq, birgə layihələr üzrə iş, investisiyalar, aqrar-sənaye kompleksi, idman sahələrində əməkdaşlıq məsələləri ilə bağlı müzakirə aparacaqlar.

Görüşlərin yekununda bir sıra beynəlxalq sənədlərin imzalanması gözlənilir.

A.Lukaşenkonun Baş nazir Artur Rasizadə ilə görüşü də planlaşdırılır.

RİA novosti

Paylaş:
854

Son xəbərlər

Bütün xəbərlər