Heydər Əliyev Fondunun Azərbaycan haqqında nəşrləri Braziliya Senatının kitabxanasına hədiyyə olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Fondunun Azərbaycan haqqında nəşrləri Braziliya Senatının kitabxanasına hədiyyə olunub - FOTO

16:17 - 25 / 11 / 2016
Heydər Əliyev Fondunun Azərbaycan haqqında nəşrləri Braziliya Senatının kitabxanasına hədiyyə olunub - FOTO

Braziliya Federal Senatının binasında Heydər Əliyev Fondu və Azərbaycanın Braziliyadakı səfirliyinin təşəbbüsü, Braziliya Senatında Braziliya-Azərbaycan dostluq qrupunun prezidenti, senator Kristovam Buarkenin dəstəyi ilə Senatın akademik Luiz Viana Filyo adına kitabxanasına Fondun Azərbaycan haqqında nəşrləri hədiyyə olunub.

1news.az-a fonddan verilən məlumata görə, Braziliya parlamentinin üzvləri, xarici ölkələrin səfirləri və yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən təqdimatda Heydər Əliyev Fondunun Azərbaycanda və dünyada elm, təhsil, mədəniyyət, idman, sosial, ətraf mühit və digər sahələrdə həyata keçirdiyi layihələr barədə məlumat verilib.

Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov Heydər Əliyev Fondunun Braziliya Senatının kitabxanasına təqdim edilən Azərbaycan haqqında nəşrlərindən bəhs edərək bu tədbirin Azərbaycan və Braziliya arasında əlaqələrə töhfə verdiyini qeyd edib. O, müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətlərini və Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin uğurla inkişaf etdiyini vurğulayıb. Səfir E.Sultanov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fondun müxtəlif sahələrdə, o cümlədən Azərbaycan mədəniyyətinin dünyada tanıdılması, mədəniyyətlər və dinlərarası dialoqun təşviq edilməsi istiqamətində əhəmiyyətli layihələr həyata keçirdiyini vurğulayıb.

Təhsil sahəsinin Azərbaycanda əsas prioritetlərindən biri olduğunu qeyd edən səfir E.Sultanov ölkəmizdə savadlılığın 100 faiz səviyyəsində olduğunu və son illərdə üç mindən artıq yeni məktəbin inşa edildiyini diqqətə çatdırıb. O, senator K.Buarkeyə tədbirin təşkilində göstərdiyi dəstəyə və ikitərəfli münasibətlərin genişlənməsinə verdiyi töhfəyə görə təşəkkür edib. Braziliya Konqresi ilə əməkdaşlığa toxunan səfir E.Sultanov Braziliya Deputatlar Palatasının prezidenti Rodriqo Mayanın rəhbərlik etdiyi nümayəndə heyətinin bu ilin 30 oktyabr - 2 noyabr tarixlərində Azərbaycana rəsmi səfərinin əhəmiyyətini vurğulayıb.

Senator Kristovam Buarke Heydər Əliyev Fondunun Azərbaycan haqqında nəşrlərinin hədiyyə edilməsinə görə Fonda və səfirliyə minnətdarlığını bildirib. O, Azərbaycanın qədim tarixi və zəngin mədəniyyətindən bəhs edərək Azərbaycanın müxtəlif sahələrdə inkişafından, o cümlədən təhsil sahəsində əldə edilən nailiyyətlərdən danışıb.

Senator Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin zəngin ədəbi yaradıcılığına və mütərəqqi ideyalarına valeh olduğunu bildirərək, onun səkkiz əsr əvvəl yaratdığı əsərlərlə tanış olmağı vacib sayıb və Heydər Əliyev Fondunun “Nizamin Gəncəvi. Aforizmlər” kitabını özünün portuqal dilinə tərcümə etdiyini qonaqların diqqətinə çatdırıb. K.Buarke Heydər Əliyev Fondunun hədiyyə etdiyi nəşrlərin Azərbaycan haqqında məlumatların Braziliya oxucusuna çatdırılmasında əvəzsiz rol oynayacağına əminliyini ifadə edib.

Daha sonra səfir E.Sultanov Azərbaycan haqqında nəşrlərin Heydər Əliyev Fondu tərəfindən Braziliya Senatının kitabxanasına hədiyyə olunmasına dair sertifikatı kitabxananın direktoru Helena Vyeyraya təqdim edib.

1news.az

Paylaş:
574

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər