Ərəblər qışda da gələcək - “Otellərdə boş yer qalmayıb” | 1news.az | Xəbərlər
Cəmiyyət

Ərəblər qışda da gələcək - “Otellərdə boş yer qalmayıb”

22:57 - 25 / 11 / 2016
Ərəblər qışda da gələcək - “Otellərdə boş yer qalmayıb”

 “Noyabrın 30-dan başlayaraq dekabrın 5-6-a qədər ərəb ölkələrindən, xüsusilə Birləşmiş ərəb Əmirliklərindən Azərbaycana çoxlu sayda turist gələcək”.

1news.az xəbər verir ki, bunu AzVision.az-a Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, Yeni İl ilə əlaqədar artıq Bakıda və regionlarda yerləşən mehmanxanalarda otaqlar ərəb turstləri tərəfindən born edilib, boş yerlərin sayı məhduddur:

“Bayram ərəfəsində ərəb ölkələrindən, Rusiyadan və digər ölkələrdən Azərbaycana gələn turistlərin çoxluğunu hiss edəcəyik. Artıq regionlarda, xüsusilə Qəbələ, Qusar, Qubada olan otellərdə demək olar ki, yer yoxdur”.

N.Bağırov bildirib ki, ərəblərdən sonra Azərbaycana qış turizminə meyli olan turistlər arasında Rusiya vətəndaşları üstünlük təşkil edir:

“Yeni il ərəfəsində ölkəyə xeyli sayda rusiyalı turist gələcək, çünki onlar xizək turizminə daha çox meyillidirlər”.

N.Bağırov ərəb ölkələri ilə bağlanılan yeni müqavilələrə diqqət çəkərək bildirib ki, bu, daha çox ərəb turistlərin Azərbaycana gəlməsinə imkan verəcək:

“Dünən Küveytdə Azərbaycan turizm şirkətləri və otelləri ilə Küveyt şirkətləri arasında görüş keçirilib. Onlara Azərbaycanın turizm potensialı təqdim olunub. Yanvarın 20-dən Küveyt aviaşirkəti tərəfindən Bakıya birbaşa uçuşlar həyata keçiriləcək, ərəb turistlər bundan rahatlıqla yararlana biləcəklər. Ümidvaram ki, bu, qış turizminin inkişafına təkan verəcək. Küveytdə Azərbaycana böyük maraq var”, - deyə N.Bağırov qeyd edib.

1news.az

Paylaş:
693

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər