Bakıda “Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən – Qafqaz regionu” biznes-forumu keçirilir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda “Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən – Qafqaz regionu” biznes-forumu keçirilir

11:23 - 25 / 11 / 2016
Bakıda “Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən – Qafqaz regionu” biznes-forumu keçirilir

Noyabrın 25-də Bakıda “Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən – Qafqaz regionu” adlı biznes-forum keçirilir.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə 1520 millimetr (relslər arası məsafə) məkanına daxil olan ölkələrin dəmir yolu şirkətlərinin, nəqliyyat, logistik və maşınqayırma müəssisələrinin, həmçinin Azərbaycan və Rusiyanın müvafiq hakimiyyət orqanlarının rəhbərləri iştirak edirlər.

Forum çərçivəsində, əsasən beynəlxalq nəqliyyat dəhlizləri sahəsindəki problemlər, “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri ilə multimodal daşımaların təşkili, dəmir yolu infrastrukturunun tikintisi, hərəkət tərkibinin istehsalı, logistik zəncirvari əlaqələrin qurulması və digər məsələlər müzakirə edilir.

Baş nazirin müavini Abid Şərifov iştirakçılara Azərbaycan dəmir yollarının yaranma tarixi, keçdiyi mərhələlər barədə məlumat verib, görülən işlərdən danışıb, Prezident İlham Əliyevin bu sahənin inkişafına yönəlmiş sərəncamlarını diqqətə çatdırıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, forumda, həmçinin “Xəzər tranziti – Dünyanın dörd tərəfini birləşdirərək”, “Helsinkidən Mumbayadək, Süveyş kanalı ilə müqayisədə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin üstünlüyü, “Xəzər halqası – açıq dəmir yolunun işə salınması ilə region dövlətlərin mənfəəti”, “İxrac diversifikasiyası – “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi tam gücü ilə işə salındıqdan sonra 1520 bazarına çıxarılacaq mallar”, Maliyyələşdirmə - irimiqyaslı ixrac mexanizmləri”, “İnfrastruktur – birgə yol çəklişinin istiqmətləri”, “Dəmir yolu infrastrukturunun tikintisində beynəlxalq əməkdaşlığın yaxşılaşdırılması yolları”, İnvestisiyalar – bazar iştirakçılarını infrastruktur layihələrinə cəlb edəcək amillər”, “Bərə əlaqəsi – dəmir yolunun davamı kimi” mövzularında müzakirələr aparılacaq.

Biznes-forum çərçivəsində, “TransKonteyner” və “Port Dalyan Ltd koorparasiyası” şirkətləri arasında strateji əməkdaşlıq haqqında memorandum imzalanması nəzərdə tutulur.

1news.az

Paylaş:
735

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər