Azərbaycanlı futbolçu vəfat etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı futbolçu vəfat etdi

13:54 - 27 / 11 / 2016
Azərbaycanlı futbolçu vəfat etdi

Azərbaycan Premyer Liqasında iştirak etmiş futbolçu Şəhriyar Xəlilov dünyasını dəyişib.

1news.az xəbər verir ki, bu barədə "Kəpəz" klubunun mətbuat katibi Azad Mustafayev məlumat verib.

Gəncə futbol məktəbinin yetirməsi olan yarımmüdafiəçi 25 yaşında ikən ürək tutmasından vəfat edib.

Şəhriyar Xəlilov vaxtilə "Qarabağ", "Qəbələ", "Xəzər Lənkəran" və "Bakı"da oynayıb. O, bir müddətdir klubsuz idi.

1news.az

Paylaş:
547

Son xəbərlər

Bütün xəbərlər