Lukaşenko Azərbaycana rəsmi səfərə gəlib | 1news.az | Xəbərlər
Siyasət

Lukaşenko Azərbaycana rəsmi səfərə gəlib

14:28 - 28 / 11 / 2016
Lukaşenko Azərbaycana rəsmi səfərə gəlib

Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko noyabrın 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Belarus prezidenti Aleksandr Lukaşenkonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

AZƏRTAC

Paylaş:
972

Son xəbərlər

Bütün xəbərlər