Görmə qabiliyyəti məhdud olan insanlar üçün “Danışan kitabxana” yaradılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Görmə qabiliyyəti məhdud olan insanlar üçün “Danışan kitabxana” yaradılır

21:33 - 28 / 11 / 2016
Görmə qabiliyyəti məhdud olan insanlar üçün “Danışan kitabxana” yaradılır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi tərəfindən görmə qabiliyyəti məhdud olan insanlar üçün "Danışan kitabxana" yaradılır. Artıq, 100-dək kitab peşəkar səviyyədə səsləndirilərək, kitabxana fonduna daxil edilib. Xüsusi telefon xidməti vasitəsi ilə (1541) kitabxana 24 saat ərzində avtomatik rejimdə fəaliyyət göstərəcək.

1news.az ICTnews-a istinadən xəbər verir ki, bu cür xüsusi koteqoriyalı oxucular üçün hər gün adi kitabxanalara getmək çətindir.

Lakin hər hansı bir audio kitabı, görmə qabiliyyəti məhdud olan oxucu dinləyə bilər.

Elə bu məqsədlə, fiziki imkanları məhdud olan insanları müxtəlif janr və üslublarda audio kitablarla təmin etmək üçün kitabxanada müxtəlif audio-kitablar toplanıb. Audiokitabxana klassik və müasir Azərbaycan yazıçılarının əsərlərini və dünya klassiklərinin Azərbaycan dilinə tərcümə olunmuş əsərlərini özündə ehtiva edir.

Təqdim olunan audio-kitabxananın unikallığı ondan ibarətdir ki, görmə qabiliyyəti məhdud olan insanlar üçün azərbaycan dilində "danışan kitabxana" fondu formalaşacaq.

İstifadəçilər giriş kodu əldə edərək, evdən çıxmadan, müvafiq telefon nömrəsini yığmaqla, yeni sistemə qoşula biləcək.

Sistemə qoşulmaq, janrı, yazıçını, əsərləri seçmək və qulaq asmaq üçün giriş kodunu qeyd etmək vacibdir. İstənilən vaxt dinləməni dayandırmaq və bir müddət sonra dayandırılmış yerdən dinləməyə davam etmək mümkündür.

Gələcəkdə digər dillərdə də yeni kitabların bu kitabxanaya əlavə olunması nəzərdə tutulur.

Qeyd edək ki, "Bakutel-2016" informasiya-kommuniksiya texnologiyaları sərgi-konfransı çərçivəsində kitabxananın ilkin təqdimatı gözlənilir.

1news.az

Paylaş:
636

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər