Rusiyada təhsil alan azərbaycanlıların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Rusiyada təhsil alan azərbaycanlıların sayı açıqlanıb

12:44 - 28 / 11 / 2016
Rusiyada təhsil alan azərbaycanlıların sayı açıqlanıb

Rusiya Federasiyasının ali məktəblərində 14 minə qədər azərbaycanlı tələbə təhsil alır.

1news.az-ın verdiyi xəbərə görə, bunu bazar ertəsi Bakıda keçirilən mətbuat konfransı zamanı Rusiyanın təhsil və elm naziri Olqa Vasilyeva deyib.

Onun sözlərinə görə, bu il Rusiyanın ali təhsil müəssisələrinə 351 Azərbaycan vətəndaşı qəbul olub:

“Bu, çox yaxşı göstəricidir. Lakin Rusiyanın Təhsil və Elm Naziriliyi Azərbayacanın Təhsil Nazirliyi ilə bu sahədə səylərini inkişaf etdirəcək və əlaqələndirəcək”. 

Konfransda çıxış edən Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ölkədə rus dili və ədəbiyyatının tədrisinə böyük diqqət ayrıldığını deyib:

“Ölkənin ümumtədris məktəblərində 90 min şagird rus dilində təhsil alır. Son illərdə Bakıda hökumətin dəstəyi ilə Rusiyanın iki nüfuzlu ali təhsil müəssisəsinin – Moskva Dövlət Universitetinin və Seçenov adına Tibb universitetinin filialları açılıb”.

1news.az

Paylaş:
733

Son xəbərlər

Bütün xəbərlər