Zakir Həsənov Moskvaya getdi
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının noyabrın 30-da keçiriləcək növbəti iclasında iştirak etmək üçün Rusiya Federasiyasının Moskva şəhərinə yola düşüb.
1news.az Müdafiə Nazirliyinə (MN) istinadən xəbər verir ki, səfər çərçivəsində Müdafiə nazirinin rusiyalı həmkarı ordu generalı Sergey Şoyqu ilə görüşü də planlaşdırılıb.
Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın müxtəlif aspektləri, regional təhlükəsizlik məsələləri müzakirə olunacaqdır. Həmçinin Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planının imzalanması nəzərdə tutulub.
Bundan əlavə, general-polkovnik Z.Həsənovun bir sıra ölkələrin Müdafiə nazirləri ilə görüşləri də gözlənilir.
1news.az