Azərbaycan və İtaliya Müdafiə Nazirlikləri arasında görüş keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və İtaliya Müdafiə Nazirlikləri arasında görüş keçirilib

21:03 - 29 / 11 / 2016
Azərbaycan və İtaliya Müdafiə Nazirlikləri arasında görüş keçirilib

Azərbaycanın və İtaliyanın müdafiə nazirliklərinin ekspertləri arasında görüş keçirilib

1news.az nazirliyə istinadən xəbər verir ki, "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İtaliya Respublikası Müdafiə Nazirliyi arasında 2016-2017-ci illər üçün ikitərəfli hərbi əməkdaşlıq Planı"na əsasən, hər iki ölkənin müvafiq qurumlarının hərbi strategiya və müdafiə planlaşdırması üzrə ekspertlərin görüşü keçirilib.

Görüşdə müdafiə siyasətinin planlaşdırılması, müxtəlif səviyyəli risklərin idarə olunması, müdafiə qabiliyyətinin inkişafı və digər aidiyyəti mövzular üzrə müzakirələr aparılıb.

1news.az

Paylaş:
456

Son xəbərlər

Bütün xəbərlər