Gəncənin simvolunu oğurlayan şəxslər tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncənin simvolunu oğurlayan şəxslər tutulub

12:31 - 29 / 11 / 2016
Gəncənin simvolunu oğurlayan şəxslər tutulub

Gəncə şəhərinin simvolu oğurlanıb.

1news.az xəbər verir ki, bu barədə Gəncə şəhər Baş Polis İdarəsindən APA-ya məlumat verilib.

İdarədən bildirilib ki, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 27-də Gəncə şəhər mənzil-kommunal təsərrüfatı istehsalat birliyinin həyətindən latundan hazırlanmış Gəncə şəhərinin simvolunu oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Rəşid Əliyev, Teymur İsgəndərov, Sərxan İsgəndərov, Elnur Əliyev, Elxan İsgəndərov və Asif İsgəndərov tutulublar.

1news.az

Paylaş:
575

Son xəbərlər

Bütün xəbərlər