“Oğlumun toyuna hazırlaşırdıq” – Milyarderin nəvəsi ilə qəzada ölən Azərin atası | 1news.az | Xəbərlər
Cəmiyyət

“Oğlumun toyuna hazırlaşırdıq” – Milyarderin nəvəsi ilə qəzada ölən Azərin atası

19:06 - 30 / 11 / 2016
“Oğlumun toyuna hazırlaşırdıq” – Milyarderin nəvəsi ilə qəzada ölən Azərin atası

“Sübhi Şixlinkski ilə heç bir qohumluq əlaqəmiz yoxdur, ailəvi dostuq” 

İsveçrədə 24 noyabr tarixində məşhur rusiyalı milyarder Platon Lebedevin nəvəsi Diana Lebedeva ilə birlikdə qəzada həlak olan Azər Yaqubovun atası Mahir Yaqubov oğlunun faciəli ölümündən sonra yayılan xəbərlərə aydınlıq gətirib. 18 il AZAL-ın Rusiya təmsilçiliyində işləyib, hazırda Rusiyada kiçik bizneslə məşğul olan Mahir Yaqubov AzNews.az –a verdiyi açıqlamada bildirib ki, 23 yaşlı oğlu Azər 15 yaşından İsveçrədə yaşayırdı:

“Orta məktəbi orada bitirib. Elə, həmin il İsverçrədə ali məktəbə daxil olub. Bitirdikdən sonra, magistratura təhsili alırdı. Birinci kursda oxuyurdu.”

Oğluyla mütəmadi olaraq danışdığını deyən Mahir Yaqubov Azərin rusiyalı milyarder Platon Lebedevin nəvəsi Diana Lebedeva ilə aralarında yalnız dostluq münasibətləri olduğunu deyir:

“Oğlum nişanlı idi, toyuna hazırlaşırdıq. Diana ilə onlar dost olublar. Diana mənim kiçik oğlumla daha yaxın dost idi. Onlar hamsı bir yerdə təhsil alıblar. Diana oğlumun yaşadığı evin yaxınlığındakı oteldə qalırmış. Bir ailəvi tanışlarının məclisindən çıxanda Diana Azərdən xahiş edib ki, onu da evə aparsın.”

Qəzanın səbəbinə gəldikdə isə, Mahir Yaqubov qəzanın baş verdiyi gün yağış yağdığını və yolun sürüşkən olduğunu bildirir:

“Bəzi saytlar yolun buz bağladığını, bəziləri isə avtomobilin yüksək sürətlə hərəkətdə olduğunu yazırlar. Amma əslində həmin gün tempratur 14-15 dərəcə olub. Sükan arxasında Azər oturub. Qəzanın baş verdiyi yolda 90 dərəcə döngə var. Yüksək sürətlə hərəkət etmək mümkün deyil. Az yağış yağıbmış.Həm də çox qatı duman olub. Qəzaya səbəb kimi bu qatı duman göstərilir.” 

23 yaşlı Azərin atası Mahir Yaqubov oğlunun Rusiya hökumətində vəzifə tutan Sübhi Şıxlinskinin qohumu olması ilə bağlı yayılan xəbərinə də aydınlıq gətirib:

“Sübhi mənim yaxın dostumdur, ailəvi dostuq. Azər onun “qucağında böyüyüb”. Ona “dayı” deyirdi. Bilmirəm, mətbuat oğlumun adını ona bağlamaqda nə maraq güdür?!”

Mahir Yaqubovun sözlərinə görə, 23 yaşlı oğlu Rusiyada dəfn edilib.

1news.az

Paylaş:
55199

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər