Azərbaycanın Niderlanddakı diaspor rəhbəri dekabrın 6-da məhkəmə qarşısına çıxacaq | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın Niderlanddakı diaspor rəhbəri dekabrın 6-da məhkəmə qarşısına çıxacaq

22:14 - 30 / 11 / 2016
Azərbaycanın Niderlanddakı diaspor rəhbəri dekabrın 6-da məhkəmə qarşısına çıxacaq

Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın dekabrın 6-da məhkəmə qarşısına çıxacaq.

1news.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, İ. Aşkın erməni terrorunu pislədiyinə görə erməni diasporu tərəfindən məhkəməyə cəlb olunub.

İ. Aşkın 2014-cü ildə Almelo şəhərində “erməni soyqırımı” abidəsinin tikintisinin qarşısını almaq məqsədilə türk təşkilatlarının keçirdiyi birgə etiraz aksiyasında çıxış edib. Diaspor rəhbəri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, azərbaycanlılara qarşı soyqırımı aktı həyata keçirməsi barədə məlumat verib və erməni vəhşiliyini pisləyib.

O qeyd edib ki, ermənilər Qarabağ müharibəsində uşaq, qadın, qoca demədən minlərlə insanı ağlasığmaz işgəncələrlə qətlə yetirilib. Erməni diasporu isə İ. Aşkının guya həmin aksiyada irqçi ifadələr işlətdiyinə görə polisə şikayət edib. Şikayətlə bağlı Şərqi-Niderland polisi araşdırma aparıb. Guya İlhan Aşkın ermənilərə qarşı şiddəti təşviq etdiyinə - “Qarabağ ermənilərin məzarı olacaq” ifadəsinə görə Hollandiya Cinayət Məcəlləsinin 137d maddəsinə əsasən şübhəli bilinir.

İ. Aşkın bildirib ki, o, Hollandiyada Azərbaycan həqiqətləri, Xocalı soyqırımı ilə bağlı fəaliyyətinə, xüsusilə ilə də erməni saxtakarlığına qarşı apardığı mübarizəyə görə erməni diasporunun hədəfindədir. Diaspor rəhbəri məhkəmə prosesinin ədalətli aparılacağına da şübhə ilə yanaşır. Çünki onun yaşadığı və məhkəmənin qurulacağı Almelo şəhərinin daxil olduğu Overreysel vilayət məhkəməsinin sədri milliyyətcə erməni olan Takvor Avedisyandır.

Qeyd edək ki, İ. Aşkının rəhbərliyi ilə Azərbaycan-Türk Kültür Dərnəyi  2007-ci ildə Xocalı şəhidləri üçün Hollandiyada abidə ucaldıb, Haaqada yerləşən beynəlxalq təşkilatların ofisləri qarşısında Azərbaycan faciələri ilə bağlı etiraz aksiyaları təşkil edib.

1news.az

Paylaş:
502

Son xəbərlər

AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14
Bütün xəbərlər