Mübariz Əhmədoğlu: Dilənçi, kriminal və mənəviyyatsız Ermənistan Sərkisyanın Azərbaycana qarşı yeni silahıdır
Hakim “Respublika” partiyasının qurultayında partiyanın sədri, Ermənistanın prezidenti geniş məruzə ilə çıxış edib. O, ölkədə özünün 8 illik prezidentliyi dövründə iqtisadi artımın 29% olduğunu, kasıblığın 35%-dən 29,5% -ə düşdüyünü böyük uğur kimi təqdim edib və xaricdən götürülən kreditlərin də bura xərcləndiyini bildirib.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistandakı vəziyyəti şərh edərkən bildirib:
“Gop və blef üzrə ən mahir ustalardan hesab edilən S.Sərkisyanın bu rəqəmlərdəki manipulyasiyasını nəzərə alsaq, real vəziyyətin nə qədər acınacaqlı olduğunu təsəvvür etmək mümkündür. Amma onun Azərbaycanla bağlı bəyanatları diqqətimizi daha çox çəkdi.
S.Sərkisyanın Bakını tutmamaq və kapitulyasiyaya məcbur etməmək niyyətinin olmadığının, Ermənistanın Azərbaycana düzəldiləsi mümkün olmayan zərər vurmaq imkanın olduğunu bildirir və özünü müəyyən qədər sirli kimi göstərir. S.Sərkisyanın Bakını tutmamaq və kapitulyasiyaya məcbur etməmək niyyətinin olmamasını etiraf etməsi onun özünün dəli olmadığını, müəyyən qədər ağıllı olduğunu göstərmək üçün bəyan edir. Azərbaycana düzəldiləsi mümkün olmayan zərər vurmaqla bağlı fikirlərinə S.Sərkisyanın fəaliyyəti aydınlıq gətirir:
S.Sərkisyan müttəfiq hesab etdiyi ayrı-ayrı ölkələrin Ermənistana investisiya qoymaq imkanını araşdırmaq üçün ayrıca müzakirələr keçirdi. Təxminən 4-5 müzakirə aparıldı. S.Sərkisyanın həmin dövlətlərə səfəri planlaşdırıldı. Amma sonradan S.Sərkisyan həmin dövlətlərə səfər edə bilmədi. S.Sərkisyan Ermənistan Xarici İşlər Nazirliyində investisiya cəlb etmək üçün müavin postu yaratdı. Hələ ki, fəaliyyəti görünmür”.
Politoloq qeyd edib ki, S.Sərkisyan ABŞ və BƏƏ–yə investisiya cəlb etmək məqsədi ilə iqtisadi təyinatlı səfərlər etdi:
“Heç bir nəticə əldə edə bilmədi. Müdafiə naziri Vigen Sərkisyan orduya ayrılan vəsaitin artırılmayacağını bildirdi. Ermənistan 90-cı illərdə mövcud olunmuş ordunun ehtiyacları üçün əhalidən pul yığma kampaniyasını yenidən bərpa etdi. Ermənistanın cəmi 4 ədəd “İsgəndər” raketi var. “İsgəndər OTRK” elə də güclü dağıdıcı deyil. 4 raket tutaq ki, 4 hektar ərazini xaraba qoydu. S.Sərkisyanın Ermənistanı gücləndirtməklə bağlı niyyətləri inandırıcı deyil, S.Sərkisyan da bunu başa düşüb.
Bəs onda S.Sərkisyan hansı yolla Azərbaycana bərpa olunmaz zərbə vura bilər?! a) S.Sərkisyanın apardığı siyasət Ermənistanı dilənçi dövlətə çevirir. Çünki həm investisiya cəlb olunmur, ölkədə iqtisadi artım yoxdur. Eyni zamanda korrupsiya çiçəklənir.
b) S.Sərkisyan Ermənistanı kriminal dövlətə çevirib. Bir nümunə. Son yerli qurumlara seçkilər zamanı bəlli oldu ki, yerli icmaların başında əhalinin səs verdiyi deyil, S.Sərkisyanin arzuladığı oturmalıdır. Bunu kriminal qaydada və kriminal qurumlar vasitəsilə reallaşdırırdı.
c) S.Sərkisyan Ermənistanın və dünya erməniliyinin mənəviyyatını dağıdıb. Bir misal. Suriya ermənilərinin bədbəxtliyi S.Sərkisyan üçün gəlir mənbəyinə çevrilib. ABŞ, Aİ-dan Suriya ermənıləri üçün pul yığır. Bu pul da təbii ki, digər layihələr kimi korrupsiyaya məruz qalıb. Dünyanın müxtəlif yerlərində olan erməniləri Ermənistana cəlb etmək üçün rəsmi Yerevanın dövlət proqramı var”.
M.Əhmədoğlunun fikrincə, demək S.Sərkisyanın məqsədi Ermənistanı dilənçi, kriminal və mənəviyyatsız dövlətə çevirməkdir:
“Bəli, burada S.Sərkisyan düz danışır. Belə Ermənistan yəni dilənçi, kriminal və mənəviyyatsız Ermənistan həqiqi mənada Azərbaycan üçün çox böyük təhlükədir. Təkcə Azərbaycan üçün deyil, digər qonşuları üçün də təhlükəlidir. Ona görə indi iri dövlətlər, tutaq ki, Rusiya Ermənistanda belə tendensiyanı görür və Ermənistanı cilovlamaqla məşğuldur ki, zaman keçdikcə Azərbaycan da Ermənistanı cilovlamaqla məşğul olacaq. S.Sərkisyanın yaratdığı dilənçi, kriminal və mənəviyyatsız Ermənistan, Azərbaycan üçün işğalçı Ermənistandan daha təhlükəlidir”.
1news.az