Peru Azərbaycanda səfirlik açmaq istəyir | 1news.az | Xəbərlər
Siyasət

Peru Azərbaycanda səfirlik açmaq istəyir

17:29 - 01 / 12 / 2016
Peru Azərbaycanda səfirlik açmaq istəyir

Peru Respublikasının Xarici İşlər Nazirliyindən daxil olmuş notada həmin ölkənin siyasi-diplomatik, iqtisadi-ticarət, investisiya, mədəni və bir çox digər sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi məqsədilə yaxın zamanlarda iqamətgahı Bakı şəhərində olmaqla Azərbaycanda səfirlik açmaq niyyəti ifadə olunub.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Peru Respublikasının bu qərarını alqışlayır və səfirliyin fəaliyyətinin iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafına töhfə verəcəyini bildirir.

1news.az

Paylaş:
513

Son xəbərlər

Bütün xəbərlər