Azərbaycanlı deputat İtaliyada keçirilən toplantıda iştirak edir – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanlı deputat İtaliyada keçirilən toplantıda iştirak edir – FOTO

17:48 - 01 / 12 / 2016
Azərbaycanlı deputat İtaliyada keçirilən toplantıda iştirak edir – FOTO

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-nın Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Avropa Sosial Xartiyası üzrə Alt Komitəsinin sədri Sevinc Fətəliyeva noyabrın 29-dan dekabrın 4-dək İtaliyada səfərdədir.

1news.az-ın verdiyi xəbərə görə, deputat Florensiya şəhərində keçiriləcək Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında və komitənin nəzdində fəaliyyət göstərən Uşaqlar Əleyhinə Zorakılığın Dayandırılması Şəbəkəsinin toplantısında iştirak edir.Tədbirlərdə uşaqlara qarşı cinsi zorakılıqla, uşaq əməyinin istismarı ilə, onlara qarşı sosial ədalətsizliklə mübarizə metodları, quruma üzv dövlətlərin Dünya Səhiyyə Təşkilatı ilə əlaqələrinin gücləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparılacaq.

Bu gün keçirilən iclasda Sevinc Fətəliyeva “Virtual məkanda uşaqlara qarşı zorakılıq və digər çağırışlar” mövzusunda çıxış edib:

“Hazırda virtual məkan gündəlik həyatımızın bir parçasına çevrilib. Həm böyüklər, həm də uşaqlar smartfonlar və digər rəqəmsal texnologiyalardan istifadə edir, internet, sosial şəbəkələr vasitəsilə ünsiyyət qururlar. Ona görə də internetin müsbət və mənfi təsirlərini bilmək və uşaqlara internetdən səmərəli və təhlükəsiz istifadə qaydalarını öyrətmək olduqca önəmlidir.

Virtual məkanda ünsiyyətin uşaqlar üzərində ən qabarıq təsirlərindən biri onların şifahi nitq qabiliyyətlərinin zəifləməsi, özlərini ifadə etməkdə çətinliklərin yaranmasıdır. Bəzən isə virtual məkanda vebsaytlardan, sosial şəbəkələrdən, yaxud onlayn oyunlardan qaynaqlanan zorakılıq riski real həyatdakı zorakılıqdan daha təhlükəli ola bilir. Zərəli informasiyaya çıxış ən təhlükəli faktordur. Zorakılığın təbliği, uşaqların cinsəlləşdirilməsi, radikalizm, dini dözümsüzlük, terrorizm və ekstremizm uşaqların yaşadığı ailə, icma və cəmiyyət dəyərlərindən uzaqlaşmasına səbəb olur.

Bir sıra ölkələrin üzləşdiyi digər bir təhlükə isə terror təşkilatlarının onlayn təbliğat toruna düşən uşaqların əsgərlərə çevrilmələridir. Cinayətkar qüvvələr internet vasitəsilə ən müxtəlif yaş, etnik və mədəni mənsubluğu olan şəxslərə təsir göstərə bilirlər.

Uşaqların cinsi istismarına yalnız təcavüz deyil, qeyri-münasib çatlar, intim söhbətlər, yazışmalar, hətta şəkillərə edilən müəyyən şərhlər də daxil edilir. Yeniyetmələrin diqqət mərkəzində olmaq və ünsiyyət dairəsini genişləndirmək istəyi onların yad insanlarla ünsiyyətə meyl edir. Bəzi yeniyetmələr hesab edir ki, görüşmədikləri təqdirdə yad insanlarla ünsiyyət tamamilə təhlükəsizdir. Lakin texnologiyaların inkişafı nəticəsində cinsi istismar şəxsi görüş olmadan da mümkündür.

Virtual məkanda uşaqlar həm nəzarətsiz, həm də çox həssasdırlar. Bu vəziyyət müxtəlif dövlət strukturlarının bir-birilə əlaqəli fəaliyyətini özündə əks etdirən kompleks yanaşma tələb edir.

Atılası addımlar:

- maarifləndirici kampaniyalar aparmaq, “internetdən təhlükəsiz istifadə” proqramları həyata keçirmək

- bələdiyyələr və QHT-lərin iştirakı ilə regional seminarklar təşkil etmək

- nəsillər arasında “texnoloji (rəqəmsal) boşluğu” kiçiltmək. Uşaqlarının yaşadığı mühiti daha yaxşı başa düşmələri üçün valideynlər internetdən istifadənin təməl prinsiplərini bilməlidirlər.

- valideyn nəzarəti - valideynlər uşaqlarına internetdən istifadə ilə bağlı sərhədlər qoymalı, qaydalar tətbiq etməlidirlər.

- hər bir istifadəçi və vətəndaş bilməlidir ki, virtual məkanda aqressiv davranış və başqalarının hüquqlarını pozan digər hərəkətlər barədə müvafiq qurumlara xəbər verilməlidir və buna nə qədər çox əməl olunarsa, internetdən istifadə hər birimiz üçün bir o qədər təhlükəsiz olacaq. Uşaqlar bilməlidirlər ki, zorakılıqlar barədə öz yaxınlarına və yetkin şəxslərə məlumat verə bilərlər.

- peşəkar yardımın göstərilməsi – bir çox ölkələrdə internetdən təhlükəsiz istifadə ilə bağlı problemlərlə məşğul olan təşkilatlar mövcuddur. Belə təşkilatların fəaliyyətini dəstəkləmək və maarifləndirmə işlərində onlara yardım etmək çox vacibdir.”

1news.az

Paylaş:
542

Son xəbərlər

Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42
Bütün xəbərlər