Törəmə maliyyə alətləri bazarı üzrə InvestAZ-ın həcmləri yenidən artır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Törəmə maliyyə alətləri bazarı üzrə InvestAZ-ın həcmləri yenidən artır

17:55 - 01 / 12 / 2016
Törəmə maliyyə alətləri bazarı üzrə InvestAZ-ın həcmləri yenidən artır

Ölkənin yeganə fond birjası olan və Azərbaycanda kapital bazarlarında mütəşəkkil ticarətin təşkilatçısı olan Bakı Fond Birjası bu ilin 2-ci və 3-cü rübündə valyuta və əmtəə əsaslı törəmə maliyyə alətlərinin ticarəti üzrə həcmlərin statistik göstəricilərini açıqlayıb.

Bu ilin əvvəlindən cari ayın sonuna qədər 4 milyard manat həcmində alqı-satqı əməliyyatı həyata keçirilib. Azərbaycanın kapital bazarlarında daim innovativ yenilikləri və strateji əqdlərin icraçısı olmaqla seçilən InvestAZ İnvestisiya Şirkəti bu növ əməliyyatların tamamına market-meyker xidməti göstərib.

Əməliyyatlar həm valyuta, həm də əmtəə alətləri üzrə həyata keçilrilib. Valyuta maliyyə alətlərində daha çox əməliyyat həcmi qeydə alınıb. Bu əməliyyatlar açıqlanan statistik göstəricilərə əsasən, sentyabrın ikinci həftəsində baş verib. Əməliyyat həcmi isə 221.000.000 manata yaxın olub.

Qeyd edək ki, cari ilin əvvəlindən bugünə qədər formalaşan həcmlər üzrə Törəmə Maliyyə Alətləri bazarı yerli kapital bazarı həcmlərinin 80%-nə yaxın hissəsini təşkil edir.

“InvestAZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti 09.01.2016-cı il tarixli 087986 saylı lisenziya əsasında:

1. qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi,

2. fərdi investorların portfelinin idarə edilməsi,

3. investisiya məsləhətlərinin verilməsi,

4. qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi,

5. qiymətli kağızların öhdəlik götürməklə yerləşdirilməsi və anderraytinqi,

6. mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatların aparılması və

7. marja ticarəti kimi əsas

Və:

1. müştərisinin qiymətli kağızlar hesablarının idarə edilməsi,

2. o cümlədən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi,

3. investorlara qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə həyata keçirdiyi əqdlərin bağlanması üçün kredit və ya digər formada borc verilməsi,

4. qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə bağlı investisiya tədqiqatı və maliyyə təhlilinin aparılması,

5. təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı xidmətinin həyata keçirilməsi və

6. əsas investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi ilə bağlı xarici valyuta mübadiləsi kimi köməkçi investisiya xidmətlərinin verilməsi üzrə fəaliyyət göstərməkdədir.

“Qazanmağı öyrənmək əlinizdə!” şüarı olan şirkətin məqsədi Azərbaycanda maliyyə və investisiya alətlərini inkişaf etdirmək ve bu sahəyə maraq göstərənlərə daim dəstək olmaqdır. 

Reklam hüququnda

Paylaş:
951

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər