Mərkəzi Bank bu günə olan valyuta məzənnələrini açıqlayıb – CƏDVƏL
Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 1-nə valyuta məzənnələrini açıqlayıb.
1news.az Mərkəzi Banka istinadla xəbər verir ki, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 30-u ilə müqayisədə dəyişməyərək 1,7318 manat təşkil edib.
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,31% zəifləyərək 1,8360 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 1,5% bahalaşaraq 0,0270 manata çatıb.
Türkiyə lirəsinin məzənnəsi 0,77% zəifləyərək 0,5038 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1686 manatdır. Beləliklə, funt sterlinq 0,3%-lik artım nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi isə 0,98% ucuzlaşaraq 0,6778 manat olub.
1news.az