Azərbaycanlı model səhnəyə sərxoş çıxdı, Elza Seyidcahan mikrofonu tərs tutdu - VİDEO
Model Rüstəm Cəbrayılov “Number one” mükafatlandırma mərasimində gözlənilməz hərəkət edib.
1news.az axşam.az-a istinadən xəbər verir ki, mükafatı almaq üçün səhnəyə çıxan model sərxoş olub.
O, mükafatı alıb mərasimi tez tərk edənlərə əsəbiləşib:
“Mənim arxamda buradakılardan böyük insanlar durur. Ən birinci mükafat Flora Kərimovaya verilməli idi. Sona kimi oturub gözlədi hamını. Dünya üzrə modellik sahəsində birinci olmuşam. Burada mükafat alanlar məndən artıq deyil. Mənim artıq ən böyük mükafatım var. Nominasiyası olanlar məndən artıq deyillər ki, gözləmədilər getdilər”.
Əməkdar artist Elza Seyidcahan ondan əvvəl səhnəyə sərxoş halda çıxan model Rüstəm Cəbrayılovun təhqirlərinə cavab verib.
E.Seyidcahan mikrafonu tərsinə çevirib və bunları deyib:
“Bilirsiniz bunu niyə belə tutdum? Bəziləri burda özlərini belə göstərdilər. Burada hər bir sahədən olan insan var idi. Əgər kimlərsə getdisə, demək, bir səbəb var idi. İndi də heç də az adam qalmayıb. Elə adamlar var ki, çox dəyərlidirlər”.
Daha sonra təşəkkürünü bildirən bəstəkar qeyd edib:
“İnsanın əməyini qiymətləndirəndə, o, daha həvəsli olur. Öncə dövlətimizə təşəkkürümü bildirirəm. Daha sonra əziyyəti keçən hər kəsə”.
1news.az