Yeznə və qayın arasında mübahisə qanlı bitdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeznə və qayın arasında mübahisə qanlı bitdi

23:42 - 01 / 12 / 2016
Yeznə və qayın arasında mübahisə qanlı bitdi

Sabunçu rayonunun Ramana qəsəbəsində 28 yaşlı Elvin Rüstəmov bıçaqlanıb.

1news.az ARB TV-yə istinadən xəbər verir ki, yaralı qohumları tərəfindən xəstəxanaya gətirilib.

Onun ailədaxili münaqişə zamanı yeznəsi tərəfindən bıçaqlandığı deyilir.

Həkimlər Elvin Rüstəmovun vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.

Faktla bağlı Sabunçu rayon polis idarəsində cinayət işi başlanıb. Araşdırmalar aparılır.

1news.az

Paylaş:
1098

Son xəbərlər

Bütün xəbərlər