Tofiq Abbasov: Qərbin bir çox siyasətçiləri öz uğursuzluqlarını Rusiyanın destruktiv faktorları ilə əlaqələndirir | 1news.az | Xəbərlər
Siyasət

Tofiq Abbasov: Qərbin bir çox siyasətçiləri öz uğursuzluqlarını Rusiyanın destruktiv faktorları ilə əlaqələndirir

13:07 - 02 / 12 / 2016
Tofiq Abbasov: Qərbin bir çox siyasətçiləri öz uğursuzluqlarını Rusiyanın destruktiv faktorları ilə əlaqələndirir

Avropa və ABŞ-da sağçı və ultra sağçı cərəyanların möhkəmlənməsi tendensiyası güc toplayır.  Bunlar əhalinin dəstəyini qazanaraq seçkilərdə qalib gəlir.

Bunun bariz nümunəsi yaxın zamanlarda ABŞ-da keçirilən prezident seçkiləri zamanı heç kəsin proqnozlaşdırmadığı respublikaçı Donald Trampın qalib gəlməsidir. Baxmayaraq ki, Tramp klassik Amerika mühafizəkar-siyasətinin simvoludur, onu sağçı qüvvələrdən, eləcə də Alt-right hərəkatı kimi ekstremist sağçılardan da dəstəkləyən oldu.

Ultra sağçı və ya populist əhval-ruhiyyələr Fransa, Macarıstan, Polşa və hətta Türkiyədə də hiss olunur.

Bəs Qərbdə sağçı, ultra sağçı və populist qüvvələrin uğurunun təminatı nədir?

Azərbaycanlı siyasətçi Tofiq Abbasovun fikrincə ultra sağçı qüvvələrin uğurunun rəhni ondan ibarətdir ki, onlar möhkəm səbr edərək öz istəklərinə nail oldular:

“Solçu və onların müttəfiqləri seçki gücləri üçün verdikləri etibarı sürətlə tükədərkən, onlar pusquda gözləyirdilər”.

Fotoda: Donald Tramp (ABŞ-ın hazırki prezidenti)

“Həmçinin elektorat hər bir seçki kampaniyası ilə, belə deyək ki, sözdə qaliblərlə daha çox məyus olurdu. Ard-arda səhvlər, proseslərin gedişatının düzgün proqnozlaşdırmaması, fors-major hallarında arzuolunmaz tendensiyaların təyin edilməməsi, bütün bunların hamısı etibar mandatının gücünü tamamilə tükətdi”.

T.Abbasov hesab edir ki, sağçılar həmişə fəaliyyətlərinin məşhur variantını təqdim etmirlər. Lakin onların qərarlılığı insanları fərasət və praqmatizmə inandırır:

“Nəhayət ki, Qərb ölkələri güclü liderlər üçün darıxıb. Fəaliyyətdə olan sağçıların, ultra sağçıların uğursuz proqram və məyusluqları fonunda radikallar qazandı. Belə ki, seçicilər hələ dünən heç bir ümid və nikbinlik kəsb etməyənlərə tərəf yönəldilər. Maraqlısı budur ki, sağçı və populist cərəyandan olan bir çox Qərb siyasətçiləri Moskva ilə çox yaxşı münasibətdədir.

Rusiya prezidenti Vladimir Putinlə dostluğunu açıq-aşkar dilə gətirən Trampdan başqa, Fransanın “Xalq cəbhəsi” partiyasının sədri Marin Le Pen, mühafizəkarlardan Fransa prezidentliyinə namizəd Fransua Fiyon, Macarıstanın baş naziri Viktor Orban, həmçinin Türkiyə dövlətinin rəhbətliyini də nümunə gətirmək olar.

Fotoda: Marin Le Pen (Fransanın “Xalq cəbhəsi” partiyasının lideri)

T.Abbasov bu tendensiyada paradoksu müşahidə etmir:

“Qərbin bir çox yüksək siyasətçiləri öz uğursuzluqlarını Rusiyanın destruktiv faktorları ilə əlaqələndirirlər. Bu fırıldaq tamamilə qüvvədən düşüb. İnsanlar kütləvi şəkildə aldadılmaqdan cana yığılıb.

Yaxın Şərqdə ABŞ-ın müttəfiqləri ilə birgə apardığı müharibənin saxta xarakteri aşkar edilib. Belə ki, İslam terroruna qarşı aparılan mübarizə Qərbin bütün etibarı puç etdi: 

“Vaşinqtonun müttəqfiqlərinə diktəsi əks nəticəni göstərir. Sağçılar çox yaxşı bilir ki, Rusiya ilə dostluq etmək vacib qarşılaşma deyil. Siyasətçilər sonuncu olaraq Vaşinqtonun öz suveren hüquqlarını həyata keçirmək üçün müttəfiqlərinə qarşı sərt xəttini sübut olaraq gətirir. Bu, istər geosiyasi müstəvidə, istərsə də istisadi və humnaitar sahəyə aiddir. Bu ssenarinin inkişafının vaxtı çata bilər”.

Kiçik dövlətlər hər zaman daha iri və nüfuzlu dövlətlərdən asılı olur. Lakin Rusiyanın maraq sahəsində yerləşən, 20 ildən çoxdur müstəqil olan Azərbaycan Rusiya və Qərblə balanslaşdırılmış siyasət yürüdür.

Rusiya və Qərblə geosiyasi tendensiya baxımından yaxınlaşma Azərbaycana nə gətirəcək?

 “Azərbaycan müttəfiqlərini ağılla seçir və himayədarlığın yüksək taxtını hasarlayan vədlərə qapılmır”.

Fotoda: İlham Əliyev və Barak Obamanın iştirakı ilə Azərbaycanla ABŞ arasında danışıqlar

“Bakı prinsipcə, hərəkət edərkən həqiqətən də yüz ölçüb, bir biçir. Bu, zənnimcə, böyük müsbətdir”.

Həmçinin o qeyd edir ki, xarici siyasətdə əldə edilən gəlirlər həmişə problemli olur. Bunun səbəbi isə böyük maraqları xaricdən olan eqoizm əhatə edir:

“Azərbaycanın siyasi rəhbərliyi bu həqiqətlə çox yaxşı tanışdır və buna müqavimət göstərə də bilər”.

1news.az

Paylaş:
852

Son xəbərlər

AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14
Bütün xəbərlər