“Youth Inc. Business Academy” Akselerasiya Proqramı başa çatdı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Youth Inc. Business Academy” Akselerasiya Proqramı başa çatdı - FOTO

13:24 - 02 / 12 / 2016
“Youth Inc. Business Academy” Akselerasiya Proqramı başa çatdı - FOTO

“Youth Inc.” Gənclərin sahibkarlıq proqramı çərçivəsində həyata keçirilən “Youth Inc. Business Academy” Akselerasiya Proqramı 6 həftəlik intensiv təlim-tədris kursunu başa vurub.

1news.az xəbər verir ki, layihənin bağlanış və mükafatlandırma mərasimində çıxış edən “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin icraçı direktoru Ələkbər Mustafayev proqramın təşkil edilməsində əsas məqsədin biznes sahəsində gələcəyini qurmaq istəyən, biznes yönümlü gənclərin bu sektorda ilkin addım atmalarına maksimum imkan yaratmaq olduğunu deyib.

Rəsmi çıxışlardan sonra layihə iştirakçılar diplomla, mentorlar isə təşəkkürnamə ilə mükafatlandırılıb.

Hazırda reallaşdırılması münasib görünən biznes-ideyaların yerli və xarici mentorlar tərəfindən investisiya cəlb etmək məsələləri müzakirə edilir. Bəyənilən ideyalara investorlar tərəfindən tələb olunan qədər vəsait ayrılacaq.

Sonda “Youth Inc.” Proqramı və Yüksək Texnologiyalar Parkı (YTP) arasında anlaşma memorandumu imzalanıb.

Xatırladaq ki, “Youth Inc. Business Academy” Akselerasiya Proqramı öz biznesini və ya  startapını yaratmaq arzusunda olan gənclərin, hətta biznes ideyanın necə formalaşması ilə maraqlanan şəxslərin iştirak etməsi üçün təşkil olunub.

6 həftəlik proqram müddətində 25 nəfər iştirakçıya 7 əcnəbi və 7 yerli mentorun təqdimatında mühazirələr keçirilib. Mühazirələr Stenford Universitetinin professoru, “Silikon Vadi”-nin daimi sahibkarı Stiv Blank və onun komandasının hazırladığı “Lean Launchpad” video dərsliyi əsasında hazırlanıb.

Qeyd edək ki, “Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramı tərəfindən həyata keçirilən müsabiqələr fərdlər tərəfindən könüllü olaraq yeni bizneslərin və innovasiyaların dəstəklənməsi modelininin Azərbaycanda tanıdılması üçün ilk addımdır.

1news.az

Paylaş:
1174

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər