ABŞ Ticarət Nazirliyinin nümayəndəsi: “ABŞ biznesmenlərinin Azərbaycana marağını müşahidə edirik” | 1news.az | Xəbərlər
Siyasət

ABŞ Ticarət Nazirliyinin nümayəndəsi: “ABŞ biznesmenlərinin Azərbaycana marağını müşahidə edirik”

19:35 - 02 / 12 / 2016
ABŞ Ticarət Nazirliyinin nümayəndəsi: “ABŞ biznesmenlərinin Azərbaycana marağını müşahidə edirik”

“Son 3 il ərzində 35-ə yaxın ABŞ şirkətinin nümayəndələri Azərbaycana səfərlər ediblər”.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ ticarət nazirinin Avropa, Orta Şərq və Afrika üzrə müşavirinin müavini Maykl Lalli deyib.

O, səfərlər zamanı ümumilikdə 200-ə yaxın görüş keçirildiyini söyləyib:

“Keçirilən görüşlərin nəticələrini görürük. 2017-ci ilə aid planlardan danışarkən deyim ki, müəyyən proqramlaşdırma işləri həyata keçirilir. Bunlardan biri ABŞ-Azərbaycan Ticarət Palatasının fəaliyyəti nəticəsində martda ABŞ-da keçiriləcək tədbir olacaq. Bu, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına təkan verə biləcək tədbirdir. Azərbaycan artıq məqsədlərini müəyyənləşdirib, bu məqsədlər qeyri-neft sektorunun inkişafı və diversifikasiya siyasətidir. Düşünürəm ki, bu məqsədi əldə etmək üçün müəyyən işlər görülməlidir”.

M. Lalli bildirib ki, Azərbaycandakı Amerika Ticarət Palatasının təkliflərindən ikisi biznes mühitinin inkişafı və qeyri-neft sahəsini hədəfləyən investisiyanın cəlb olunmasıdır:

“Bu istiqamətdə Azərbaycanda islahatlar keçirilir. Bu islahatlar sərmayənin Azərbaycana gətirilməsinə təkan verir. Amerika biznesmenlərinin Azərbaycana marağını müşahidə edirik və bu istiqamətdə işləyirik”.

Qonaq qeyd edib ki, ABŞ-la Azərbaycan arasında birbaşa hava nəqliyyatı var, bu isə özlüyündə əlaqələrin inkişafı üçün vacib addımdır:

“Azərbaycanla informasiya texnologiyaları və kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafı üçün böyük imkanlar var. Azərbaycan ABŞ-la kosmos sahəsində əməkdaşlıq həyata keçirir. ABŞ-ın ən son texnologiyalarından istifadə olunmaqla, Azərbaycanın öz peyki fəaliyyət göstərir”.

1news.az

Paylaş:
767

Son xəbərlər

Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:37
Bütün xəbərlər