Azərbaycanda POS-terminalların sayı kəskin azalıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda POS-terminalların sayı kəskin azalıb

21:04 - 02 / 12 / 2016
Azərbaycanda POS-terminalların sayı kəskin azalıb

Azərbaycanda quraşdırılmış POS-terminalların ümumi sayı bu ilin oktyabr ayı ərzində 8,4% və ya 6 252 ədəd azalaraq noyabrın 1-nə 68152 ədəd təşkil edib. Bu ilin əvvəli ilə müqayisədə bu göstərici 12 149 ədəd və ya 15% azalıb.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Bildirilib ki, ölkə üzrə mövcud POS-terminalların 38 289 ədədi və ya 56 %-i Bakıda, 44%-i və ya 29 863 ədədi regionlarda yerləşir.

Bu il oktyabrın 1-nə ölkədə mövcud olan POS-terminallların 67 107 ədədi pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində quraşdırılıb. Bu da aylıq müqayisədə bu POS-terminalların sayında 6 370 ədəd və ya 8,7% azalma deməkdir.

Qeyd edək ki, 2016-cı il noyabrın 1-nə Azərbaycan əhalisinin hər 140 nəfərinə 1 POS-terminal düşüb. Bu göstərici ötən ay 130 nəfər/POS-terminal, ilin əvvəlində 120 nəfər/POS-terminal olub.

1news.az

Paylaş:
974

Son xəbərlər

Bütün xəbərlər