Fransanın baş naziri istefa verərək prezidentliyə namizəd olacaq
Fransanın baş naziri Manuel Vals sosialistlərin prezidentliyə namizədini müəyyənləşdirmək üçün keçiriləcək ilkin seçkilərdə iştirak edəcək.
Bu barədə “Journal du Dimanche” (JDD) qəzeti məlumat yayıb.
M. Vals keçən həftə növbəti prezident seçkilərinə qatılmaqdan imtina edən prezident Fransua Ollandın əvəzində ilkin seçkilərdə iştirak edəcək. Qəzet M. Valsın dekabrın 5-də namizədliyini rəsmən elan edəcəyini yazıb. O, eyni zamanda baş nazir postundan istefa verəcəyini açıqlayacaq. Fransanın baş naziri postunda M. Valsı kimin əvəzləyəcəyi isə hələ məlum deyil.
APA
940