Təhsil Nazirliyi Məleykə Abbaszadənin fikirlərinə münasibət bildirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil Nazirliyi Məleykə Abbaszadənin fikirlərinə münasibət bildirib

14:54 - 06 / 12 / 2016
Təhsil Nazirliyi Məleykə Abbaszadənin fikirlərinə münasibət bildirib

Təhsil Nazirliyi Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin Azərbaycanda IX sinifi bitirən şagirdlərin 30 faizinin sonradan X-XI sinfə keçməməsi ilə bağlı fikirlərinə münasibət bildirib.

1news.az-ın APA-ya istinadən xəbərinə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov deyib ki, hazırda ölkədə icbari təhsil ümumi orta təhsil səviyyəsində, yəni IX sinifdə başa çatır:

“Doqquzuncu sinifdən sonra bəzi şagirdlər ali təhsil almaq üçün X-XI siniflərə, bəziləri isə peşə müəssisələrinə üz tuturlar. Eyni zamanda, bəzi ixtisaslar üzrə IX sinif bazasından orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul həyata keçirilir. Lakin elə şagirdlər də var ki, ümumiyyətlə, IX sinifdən sonra təhsillərini davam etdirmirlər”.

Nazir müavini bu tədris ilindən Azərbaycanda IX və XI sinif şagirdlərinə attestatın verilməsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, həm IX, həm də XI sinif şagirdlərinə verilən təhsil sənədlərinin attestat adlandırılması dünya praktikasına uyğundur. Ümumi orta və tam orta təhsil alanlara attestatın verilməsinin daha düzgün olduğunu söyləyən C. Bayramov qeyd edib ki, təhsil sənədlərində digər dəyişikliklər də edilib:

“Belə ki, attestatda şagirdin yalnız bu və ya digər fəndən keçdiyi qiymətlə yanaşı, onların hansısa təmayüllü və yaxud adi sinif üzrə aldıqları qiymətlərdə yazılacaq. Eyni zamanda, yeni attestat formalarında buraxılış və illik qiymətlərin göstərilməsinə imkan yaradılıb. Hesab edirik ki, bu sənəd daha ətraflı məlumat verməyə zəmin yaradır”.

1news.az

Paylaş:
693

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər