Bakıda 19 yaşlı gənc özünü asdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 19 yaşlı gənc özünü asdı

21:15 - 06 / 12 / 2016
Bakıda 19 yaşlı gənc özünü asdı

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.

1news.az teleqraf.com-a istinadən xəbər verir ki, Ramana qəsəbəsi, Şuşa şəhərciyində 1997-ci il təvəllüdlü Çərkəz Muradov yaşadığı evin həyətinin hasarından özünü kəndirlə asıb.

Meyiti ailə üzvləri aşkar ediblər.

İntiharın səbəbi məlum deyil. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

1news.az

Paylaş:
1209

Son xəbərlər

Bütün xəbərlər