Devid Bekhem çağırış etdi: Uşaqlara qarşı şiddətə son qoyun - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Devid Bekhem çağırış etdi: Uşaqlara qarşı şiddətə son qoyun - VİDEO

12:12 - 06 / 12 / 2016
Devid Bekhem çağırış etdi: Uşaqlara qarşı şiddətə son qoyun - VİDEO

Keçmiş ingilis futbolçu Devid Bekhem UNİCEF-in uşaqlara qarşı zorakılığıa diqqət çəkmək üçün çəkdiyi reklam filmində oynayıb.

1news.az xəbər verir ki, “Uşaqlara qarşı şiddətin izi əsla silinməz” şüarı ilə çəkilən video-çarxda şiddət hadisələri Bekhemin bədənində döymə animasiyaları ilə canlandırılıb.

Bununla da uşaqlara edilən zorakılığın izlərinin və acı xatirələrinin onlar böyüdükcə bədənlərində daima qaldığı izah edilib.

Həmin videonu izləyək:

Fərid Ədalət

Paylaş:
1021

Son xəbərlər

Bütün xəbərlər