İƏT Gənclik Günü təsis ediləcək - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İƏT Gənclik Günü təsis ediləcək - FOTO

17:11 - 07 / 12 / 2016
İƏT Gənclik Günü təsis ediləcək - FOTO

Azərbaycan Prezidentinin İƏT-də gəncliyin inkişafı sahəsində təşəbbüs və dəstəyi yüksək qiymətləndirilib.

1news.az-a İƏT, Avrasiya Regional Mərkəzindən  verilən xəbərə görə, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (İƏT GF), təşkilatın sədri Elşad İskəndərovun başçılıq etdiyi nümayəndə heyəti ilə Ciddə şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) qurumlarının illik Əlaqələndirmə İclasında iştirak edib. Tədbir çərçivəsində İƏT Gənclər Forumu nümayəndə heyətinin İƏT-in yeni seçilmiş Baş katibi Yusif Əl-Useymin ilə görüşü də keçirilib.

Görüş zamanı, İƏT GF-nin İslam aləmində gənclərin inkişafı istiqamətində fəaliyyətini yüksək qiymətləndirən Useymin, Foruma yeni mandatın - İƏT Gənclər və İdman Nazirləri Konfransının Daimi Katiblik funksiyasının - verilməsi ilə əlaqədar E.İskəndərovu təbrik edib və bu vəzifədə olduğu müddətdə də Foruma hərtərəfli dəstək verəcəyini bildirib.

Öz növbəsində Y.Useymini üzv dövlətlərin yekdil qərarı ilə İƏT Baş katibi seçilməsi münasibətilə təbrik edən E.İskdəndərov onu İƏT GF-nin İƏT Gənclər və İdman Nazirlərinin 3-cü Konfransında qəbul edilmiş qərarların icrası istiqamətində hazırlanan tədbirlər planı ilə tanış edib.

Görüş zamanı E.İskəndərov İƏT miqyasında ortaq Gənclik Gününün təsis edilməsi təşəbbüsünü irəli sürüb. Forumun yaradılması və inkişafında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayə və təşəbbüsləri haqqında İƏT Baş katibini məlumatlandıran İƏT Gənclər Forumunun sədri belə bir gün üçün, hər iki liderin iştirakı və xeyir-duasi ilə Gənclər Forumunun 2006-ci ildə İstanbulda gerçəkləşdirilmiş açılış mərasimi tarixinin - 3 sentyabrın  seçilməsini təklif edib. Təklifi məmnuniyyətlə qəbul edən Y.Useymin Azərbaycan Respublikası Prezidentinin İƏT çərçivəsində təşəbbüs və quruma dəstəyini yüksək qiymətləndirmiş, ən yaxın zamanda Azərbaycana səfər etmək niyyətini ifadə etmişdir. Görüşdə İƏT Gənclik Gününün təsis edilməsilə əlaqədar təşəbbüsün yaxın vaxtlarda hazırlanaraq İƏT-nin növbəti Xarici İşlər Nazirləri Konfransına təsdiq üçün təqdim edilməsi haqqında razılıq əldə edilib.

1news.az

Paylaş:
504

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər