Mariya Zaxarova: Hamburqda 3+2 formatında görüşün mümkünlüyü müzakirə edilir | 1news.az | Xəbərlər
Siyasət

Mariya Zaxarova: Hamburqda 3+2 formatında görüşün mümkünlüyü müzakirə edilir

17:23 - 07 / 12 / 2016
Mariya Zaxarova: Hamburqda 3+2 formatında görüşün mümkünlüyü müzakirə edilir

Hamburqda Dağlıq Qarabağ məsələsinə dair 3+2 formatında Fransa tərəfindən təklif edilmiş görüşün mümkünlüyü məsələsi müzakirə edilir.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə ona verilmiş

“Dekabrın 8-də Hamburqda ATƏT-in Xarici İşlər Nazirləri Şurası (ATƏT XİNŞ) çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nazirlərinin Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşü keçiriləcəkmi?” sualının cavabında deyib:

“Əgər bu barədə razılaşma əldə edilsə, sizə məlumat verəcəyik”.

M.Zaxarova ATƏT XİNŞ çərçivəsində Rusiya və Azərbaycan XİN rəhbərlərinin ikitərəfli görüşünün mümkünlüyünü də istisna etməyib.

AZƏRTAC

Paylaş:
702

Son xəbərlər

Bütün xəbərlər