Bakıda polis mayoru ilə sevgilisi arasında qarşıdurma | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda polis mayoru ilə sevgilisi arasında qarşıdurma

15:42 - 08 / 12 / 2016
Bakıda polis mayoru ilə sevgilisi arasında qarşıdurma

Polis mayorunun keçmiş sevgilisi ondan şikayətçidir.

1news.az xəbər verir ki, Aynurə Yusifova adlı vətəndaş “Qafqazinfo”ya müraciət edərək Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru Anar Qafarovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək onun həyatına müdaxilə etdiyini, hədə-qorxu gəldiyini deyib.

A.Yusifova bildirib ki, mayor A.Qafarovla təxminən 5 il qeyri-rəsmi münasibətdə olub və birlikdə yaşayıb:

“2014-cü ildə Anarla münasibətlərimiz soyudu və ayrılmaq istədim. O isə bunu qəbul etmədi və uşaqlarımı oğurlatdıracağını, məni öldürtdürəcəyini, üzümə kislota atıb yandıracağını dedi. Mən fikrimdə qərarlı idim, buna görə də ayrıldım. Bundan sonra Anar öz vəzifə səlahiyyətlərindən istifadə edərək şəhərin təhlükəsizlik kameralarından vasitəsilə avtomobilimin yerini müəyyən edib mütəmadi olaraq məni izləməyə başladı.

Özünə məxsus “Range Rover” markalı dövlət nömrə nişanlı avtomobillə yolumu kəsir, hərəkətdə olarkən maneə törədir, həyatıma təhlükə yaradır.

Anar Qafarov uşaqlarımı məktəbə aparan sürücünü də təqib etdirir, buna görə 10 yaşlı oğlum neçə vaxtdır qorxusundan məktəbə getmir. Gecə saat 4-5 radələrinə evimizə zəng edərək bizi narahat edir, qorxudur. Bir neçə dəfə cibindən bıçaq çıxararaq bizi hədələyib. Saxta etibarnamə ilə bizim telefon nömrələrimizdən edilən zəngləri və mesajlaşmaları əldə edir.

Onunla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində araşdırmalar aparılsa da, heç bir nəticəsi olmadı. Anar Qafarov kimlərinsə onu himayə etdiyini deyir. Xahiş edirəm, mənim və övladlarımın həyatına olan təhlükənin aradan qaldırılması üçün tədbir görülməsi barədə göstəriş verəsiniz”.

Polis mayoru Anar Qafarov məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlamasında A.Yusifovanın iddialarına münasibət bildirib.

A.Qafarov adıçəkilən qadınla 5 il yox, 4 il birlikdə olduğunu təsdiqləsə də, iddiaları qəbul etməyib: “Onu tanımışam, münasibətim olub, çörək kəsmişik, ehtiyacı olanda yardım etmişəm. Mən adam yeyənəm? Mən ona heç bir halda hədə-qorxu gəlməmişəm. Bu saat ifadə verib çıxmışam. O özü məndən əl çəkmək istəmir.

Binəqədi rayon sakini olduğu üçün 5-ci bölməyə şikayət edib. Bir neçə dəfə də gecə saat 3-də mənim Nəsimi rayonunda yerləşən evimin qabağına gələrək mənə deyirdi ki, gecənin bu vaxtı hardan gəlirsən, qız yanına getmişdin? Hay-küy salırdı, sonra da 102-ə zəng edib şikayət edirdi. O işlə bağlı da ifadə verdim, dekabrın 1-də Nəsimi rayon prokurorluğu cinayət işinin başlanmasını rədd etdi.

O, iyun ayında məndən şikayət edib, mən isə may ayında cəzalandırılmışam, bu isə öz işimdəki xətama görə olub. Bu məsələdən cənab nazirin də xəbəri var.

Mən hansı vəzifə səlahiyyətlərimdən sui-istifadə etmişəm? Onun maşını saxlatdırmışam, “prava”sını yazmışam, cərimə meydançasına aparmışam? Mənim vəzifə səlahiyyətlərim bunlardır, heç nə də etməmişəm”.

1news.az

Paylaş:
758

Son xəbərlər

Murad İsmiyevin növbəti uğuru - FOTO19 / 09 / 2024, 19:12Nəsimidə qəzaya görə yola qoyulan məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİB19 / 09 / 2024, 18:27Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olub19 / 09 / 2024, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu19 / 09 / 2024, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB19 / 09 / 2024, 17:43Azərbaycanda ötən il ilk dəfə nikaha daxil olanların yaş qrupları açıqlanıb19 / 09 / 2024, 17:35Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaq19 / 09 / 2024, 17:23Suraxanıda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlandı19 / 09 / 2024, 17:10“Neftçi” böhran içində: Kimdir müqəssir, yaxud çıxış yolu nədədir?19 / 09 / 2024, 17:08Muxtar Babayev BMT nümayəndəsi ilə COP29-la bağlı hazırlıq tədbirlərini müzakirə edib19 / 09 / 2024, 17:05Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak edib19 / 09 / 2024, 16:59“Neftçi” Qara Qarayevlə müqaviləyə xitam verib19 / 09 / 2024, 16:46ADY və “TCDD Taşımacılık” Orta Dəhlizlə yükdaşımakların artırılmasını müzakirə edib19 / 09 / 2024, 16:44Dövlət başçısı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib19 / 09 / 2024, 16:31Prezident Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub19 / 09 / 2024, 16:19Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub19 / 09 / 2024, 16:17İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub19 / 09 / 2024, 16:16“Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” mövzusunda seminar keçirilirib19 / 09 / 2024, 16:15Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib19 / 09 / 2024, 15:59İqlim qəhrəmanları - FOTO19 / 09 / 2024, 15:56
Bütün xəbərlər