AZAL aviabiletlərin tarifləri ilə bağlı bəyanat yaydı | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL aviabiletlərin tarifləri ilə bağlı bəyanat yaydı

16:38 - 08 / 12 / 2016
AZAL aviabiletlərin tarifləri ilə bağlı bəyanat yaydı

Bu yaxınlarda Tarif Şurası tərəfindən aviasiya yanacağının qiymətinin artırılması “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının aviabiletlərinin cari tariflərinə təsir etmir. Bütün aviaşirkətlərdə olduğu kimi AZAL-ın aviabiletlərinin qiyməti uçuş tarixlərindən və reyslərdə yerlərin doluluğundan asılı olaraq formalaşır.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə AZAL-ın yaydığı bəyanatda qeyd olunub.

“Biz vətəndaşlarımız üçün münasib qiymətə səyahət və işgüzar səfər etmək imkanını saxlamaq istəyirik. Aviasiya yanacağının qiymətinin artırılması şübhəsiz ki, xərclərimizə təsir göstərəcək, lakin sərnişinlər üçün aviabiletlərin tariflərinə təsir göstərməyəcək” – deyə, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov bildirib.

Xatırladaq ki, bu ilin fevral ayında “Azərbaycan Hava Yolları”-nın satış və uçuş sxemi aşağı büdcəli aviadaşıyıcıların təcrübəsi əsasında qurulan brendi AZALJET fəaliyyətə başlayıb.

Ən populyar istiqamətlərə aşağı büdcəli daşımalar proqramının işə salınması aviaşirkət üçün çox mühüm addım olub. AZAL öz qiymət siyasətində maksimum sərfəli və əlverişli şərtlər təqdim etmək məqsədilə bu istiqamətdə işləməyi planlaşdırır.

Ümumilikdə, aviaşirkət 26 beynəlxalq istiqamət üzrə birbaşa aviareyslər, eləcə də Naxçıvan və Gəncəyə daxili reyslər yerinə yetirir. Hazırda yeni turizm istiqamətlərini özündə birləşdirən marşrut şəbəkəsinin genişləndirilməsi üzrə fəal iş aparılır.

Həmçinin Azərbaycanın hava nəqliyyatı infrastrukturunun yaxşılaşdırılması istiqamətində iş davam edir.

1news.az

 

Paylaş:
501

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər