GUAM çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi yolları müzakirə edilib | 1news.az | Xəbərlər
Siyasət

GUAM çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi yolları müzakirə edilib

21:04 - 08 / 12 / 2016
GUAM çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi yolları müzakirə edilib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda Demokratiya və İqtisadi İnkişaf naminə GUAM təşkilatının xarici işlər nazirlərinin 28-ci iclasına sədrlik edib. Azərbaycan Respublikası rotasiya qaydası əsasında GUAM təşkilatında sədrliyi həyata keçirir.

1news.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iclasda GUAM çərçivəsində əməkdaşlığın, parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi, müxtəlif sahələrdə layihələrin həyata keçirilməsi, üzv dövlətlər arasında iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi yolları müzakirə edilib. Nazirlər idman-gənclər sahəsində işçi qrupunun yaradılmasına dair razılığa gəliblər.

Tərəflər GUAM-ın beynəlxalq təşkilatlar və tərəfdaş ölkələrlə əməkdaşlığının genişləndirilməsinin zəruriliyinə toxunublar və bu istiqamətdə səylərin davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Görüşün sonunda iclasın protokolu təsdiq olunub.

İclasın ardınca “GUAM-Yaponiya” görüşünün növbəti mərhələsi keçirilib.

1news.az

Paylaş:
676

Son xəbərlər

Bütün xəbərlər