Tam yeni Porsche Panamera artıq Azərbaycanda – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Tam yeni Porsche Panamera artıq Azərbaycanda – FOTO – VİDEO

10:15 - 08 / 12 / 2016
Tam yeni Porsche Panamera artıq Azərbaycanda – FOTO – VİDEO

Əsl idman avtomobilinin dinamikası və lüks sinfə aid modelin rahatlığı: bu iki ziddiyyətli xüsusiyyət yeni Porsche Panamera-da bu dəfə əvvəlkindən də daha çox uğurla birləşib.

Demək olar ki, qran-turizm anlayışı yenidən düşünülüb və yeni tərzdə təqdim olunub. Bunun üçün Porsche şirkəti Panamera-nın konsepsiyasını ardıcıl surətdə təkmilləşdirərək, yeni texnika və dizayna malik dörd qapılı avtomobil ərsiyə gətirib. Mühərriklər və sürət qutusu yenilənib, şassı daha da təkmilləşib, idarəetmə və indikasiya elementləri üçün isə gələcəyə tuşlanmış yeni konsepsiya yaradılıb. Yeni Panamera idman avtomobili və uzaq səfərlər üçün nəzərdə tutulmuş rahat sedan arasında fərqi yox etməyə qadir olan həlləri ilə seçilir. Onların arasında arxa təkərlərin idarə olunması sistemini, kuzovun yana əyilməsinə qarşı çalışan aktiv sistemi və üçkameralı pnevmoasqını qeyd etmək olar.

Panamera-nın ikinci nəsli üçün nəzərdə tutulmuş bütün mühərriklər yenidən işlənib hazırlanıb. Daha güclü olmaqla yanaşı, onların həm də sərfiyyat və zərərli tullantılar göstəriciləri əhəmiyyətli sürətdə yaxşılaşdırılıb.

Panamera Turbo üçün ən güclü benzin mühərrik təklif olunur. 4,0-litrlik bu V8 biturbo aqreqat  404 kVt / 550 a.g. (dəqiqədə 5750 dövrə sayında) və maksimal 770 Nm (dəqiqədə 1960-dan 4500-dək dövrə sayında) fırlanma anı hasil edir. Sələfi ilə müqayisədə bu mühərrikin gücü 30 a.g., fırlanma anı isə 70 Nm artıb. Səkkiz silindrli mühərrik Panamera Turbo-nu saatda 100 km sürətədək 3,8 saniyəyə çatdırır, Sport Chrono paketi ilə isə buna cəmi 3,6 saniyə tələb olunur. Porsche-nin bu modelinin maksimal sürəti 306 km/s təşkil edir. Bir at gücünə cəmi 3,6 kq ağırlıq düşdüyünü nəzərə alsaq, valehedici göstəricilərin haradan qaynaqlandığı aydın olur. Qeyr-adi sürmə xüsusiyyətləri sələfi ilə müqayisədə azalmış orta yanacaq sərfiyyatı ilə tamamlanır. Yeni model 100 km yola 1,1 litr daha az yanacaq sərf edərək cəmi 9,4-9,2 litr tələb edir (yeni Avropa sürmə dövrəsinə uyğun – NEDC); müvafiq CO2 tullantılarının həcmi 214-212 q/km təşkil edir.

Panamera 4S modeli 324 kVt / 440 a.g. (sələfi ilə müqayisədə +20 a.g.) hasil edən iki turbinli və həcmi 2,9 litr olan V6 mühərrikə malikdir; maksimal güc dəqiqədə 5650 dövrə sayında əldə olunur. Dəqiqədə 1750-dən 5500 dövrə sayında yeni altı silindrli aqreqat təsir bağışlayan 550 Nm (+30 Nm) hasil edir. Yerindən tərpəndikdən cəmi 4,4 saniyə (Sport Chrono paketi ilə isə 4,2) sonra Panamera 4S 100 km/s sürətə çatır. Bu Porsche-nin maksimal sürəti 289 km/s təşkil edir ki, bu da 300 km/s göstəricisinə çox yaxındır. Qarışıq rejimdə (NEDC) yanacaq sərfiyyatı 100 km yola 8,2-8,1 litr (CO2 tullantılarının həcmi 186-184 q/km) təşkil edir. Birinci nəsil Panamera 4S ilə müqayisədə bu 100 km yola 1,0 litr və ya 11 faiz yanacaq qənaəti deməkdir.

Yeni Panamera həmçinin yeni səkkiz silindrli dizel mühərriki ilə təchiz olunur. İlk dəfə olaraq, bu mühərrik daimi tam ötürmə ilə birgə təklif olunur. Seriya avtomobillərinə qoyulan, Porsche dizellərinin ən güclüsü 310 kVt / 422 a.g. (dəqiqədə 3500 dövrə sayında) hasil edir. Maksimal fırlanma anı vahimə doğuran 850 Nm təşkil edir – bu göstərici dəqiqədə 1000-3250 dövrə sayında dəyişilməz olaraq qalır. 285 km/s maksimal sürətə malik olan Porsche Panamera 4S hal-hazırda dünyanın ən sürətli dizel mühərrikə malik avtomobilidir. Yerindən saatda 100 kilometr sürətədək o, 4,5 (Sport Chrono paketi ilə isə 4,3) saniyəyə sürətlənir. Orta yanacaq sərfiyyatı isə (NEDC) 100 km yola 6,8-6,7 litr (CO2 tullantılarının həcmi 178-176 q/km) təşkil edir. 

Yeni Panamera Turbo və Panamera 4S avtomobilləri ilə Porsche Bakı Mərkəzində yaxından tanış ola bilərsiniz.

Ünvan: Mikayıl Əliyev küç., 7

Tel.: (012/050) 511-33-44

Panamera Turbo: qarışıq rejimdə yanacaq sərfiyyatı 9,4 – 9,3 litr/100 km, şəhərdə 12,9 – 12,8 litr/100 km, trasda 7,3 – 7,2 litr/100 km;

CO2 tullantıları 214 – 212 q/km.

Panamera 4S: qarışıq rejimdə yanacaq sərfiyyatı 8,2 – 8,1 litr/100 km, şəhərdə 10,2 – 10,1 litr/100 km, trasda 6,8 – 6,7 litr/100 km;

CO2 tullantıları 186 – 184 q/km.

Panamera 4S Diesel: qarışıq rejimdə yanacaq sərfiyyatı 6,8 – 6,7 litr/100 km, şəhərdə 7,9 litr/100 km, trasda 5,9 – 5,8 litr/100 km;

CO2 tullantıları 178 - 176 q/km.

Reklam hüququnda 

Paylaş:
9588

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər