Zeynəb Cavadlı: Bu ölkə üçün 25 yaşımda tanımadığı insanların şəxsi həyatını müzakirə edənlərdən daha çox işlər görmüşəm
Azərbaycanın məşhur gimnastı Zeynəb Cavadlı Facebook səhifəsində yeni status yazıb.
Qeydlərdən məlum olur ki, sosial şəbəkələrdə idmançının şəxsi həyatı ilə bağlı xoşagəlməz müzakirələr aparılır.
Həmin statusu olduğu kimi diqqətinizə çatdırırıq:
“Adətən ailə quran insana xoşbəxtlik arzulayarlar. Mənim hadisəm də isə insanlar bunu etmədi.
Mən heç kəsdən nəsə istəməmişəm. Və 24 yaşında ailə qurarkən öz ayaqlarım üzərində möhkəm və müstəqil dayana bilirdim. Yaşıdlarım küçədə oyun oynarkən mən oynamamışam, çox şirniyyat yeməmişəm, həmyaşıdlarımla gəzib-dolaşmamışam, münasibət qurmamışam, yaşıdlarım klublarda ikən mən bunu etməmişəm. Aylarla valideynlərimi görməmişəm, həyatım təyyarələrdə və səfərlərdə keçib. Mən idmançı, özü də peşəkar idmançı idim.
Mən ciddi rejimdə mühafizəkar ailədə tərbiyə almışam. İlk milli kadr idim, ölkəmi təmsil etmişəm və dəfələrlə medallar gətirərək ölkəmizin bayrağını yarışlarda dalğalandırmışam. Allah şükür, ailəm heç vaxt acından ölməyib.
Valideynlərim mənə insanın cəmiyyətdəki rolundan asılı olmayaraq böyüklərə hörmət etməyi öyrədib. Eləcə də valideynlərin çalışmağı, qarşıya qoyulmuş məqsədlərə özümün nail olmasını öyrədib. Hər zaman hər şeydə axıra qədər mübarizə aparmışam və hər şeyin ən yaxşısına nail olmağa çalışmışam.
Mən Qəbələyə pul qazanmaq üçün getməmişəm. Ölkəmizin ən yaxşı idmançılarından oradakı idman klublarından birində çalışmaq təklifi almışam. Biz yorulmadan çalışırdıq ki, Qəbələdə ən yüksək dərəcədə dünya miqyaslı yarışlar təşkil edək.
Və buna nail ola bildik. Avropa Oyunlarında yerli kadrlar tərəfindən təşkil olunmuş yeganə idman növü atıcılıq idi. 150 ölkədən 3000-dən artıq idmançı iki il yarım müddət ərzində təşkil etdiyimiz layihələrdə iştirak edib.
Öz gimnastika məktəbimi açmaqdan ötrü uzun müddət çalışmışam. Və məsələ maddi tərəfdə deyildi. Sonda bu məktəbi açmağa nail oldum. Orada çox gözəl balaca tələbələrim vardı.
Bu gün isə sosial şəbəkələrin yarısı, yaşlı qadın və kişilər mənim şəxsi həyatımı, işimi və hərəkətlərimi müzakirə edir. Bilmirəm kim daha pisdir: mənimlə bağlı yalan məlumat yazan və ya bu ucuz piarı dəstəkləyənlər?! Düşünürəm ki, 25 yaşımda bu ölkə üçün şərh yazanlardan, tanımadığı insanların şəxsi həyatını müzakirə edənlərdən daha çox işlər görmüşəm.
Hər kəsə ən xeyirlisini arzu edirəm. Demək istəyirəm ki, şahzadələr axtarmamışam. Ümumiyyətlə mən heç vaxt heç kimi axtarmamışam.
Qismətdən qaçılmaz”.
Mövzu ilə əlaqədar oxuyun:
Zeynəb Cavadlı ərəb şeyxinə ərə gedib - FOTO - VİDEO
Ərəb şeyxinə ərə gedən azərbaycanlı idmançı mediaya müraciət etdi
1news.az