Ərdoğanın kortejində qəza: yaralılar var - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Ərdoğanın kortejində qəza: yaralılar var - FOTO - VİDEO

14:50 - 09 / 12 / 2016
Ərdoğanın kortejində qəza: yaralılar var - FOTO - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın avtomobil karvanı qəzaya uğrayıb.

1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan İstanbuldakı Tarabya köşkündən çıxaraq Mərmərə Universiteti İlahiyyat Fakültəsi Məscidinə doğru hərəkətdə olarkən onu müşayiət edən avtomobil karvanında qəza baş verib.

3 avtomobilin bir-birinə dəydiyi zəncirvari qəza zamanı 4 mühafizəçi yaralanıb.

Fərid Ədalət

Paylaş:
3457

Son xəbərlər

Bütün xəbərlər