“Qadınlara qarşı zorakılığa YOX deyək” adlı tədbir keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qadınlara qarşı zorakılığa YOX deyək” adlı tədbir keçirilib – FOTO

15:54 - 09 / 12 / 2016
“Qadınlara qarşı zorakılığa YOX deyək” adlı tədbir keçirilib – FOTO

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Futuroloqlar Cəmiyyəti ilə  birgə 6-7 dekabr tarixlərində Nəsimi rayonu 164 saylı və Ağdam rayonu 42 saylı məktəblərdə  9-11-ci sinif şagirdləri, valideyn və müəllim kollektivinin iştirakı ilə maarifləndirici tədbirlər həyata keçirib.

1news.az-a Azərbaycan Futuroloqlar Cəmiyyətinin mətbuat  xidmətindən verilən xəbərə görə, tədbir “Qadınlara qarşı zorakılığa YOX deyək” mübarizə kampaniyasına həsr olunub.

Tədbirdə  Azərbaycan Futuroloqlar Cəmiyyətinin  Ekspertlər Şurasının sədri Bela Cəlilova , Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın Problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Hacıyeva,  Bakı Dövlət Universitetinin İlahiyyət fakültəsinin Dillər kafedrasının müəllimi, ilahiyyət üzrə fəlsəfə doktoru dosent Səbinə Mirzəyeva cıxış edib.

Öz cıxışlarında ekspertlər qeyd ediblər ki, qadınlara münasibətdə zorakılıq ailələrə, uşaqlara, yaşlılara və bütöv bir cəmiyyətə zərbə vurur. Bu cür münasibət qadınlara ölkədə olan bütün imkanlardan istifadə etməyə, iqtisadi və sosial cəhətdən inkişafa, lazımi səviyyədə təhsil almağa imkan vermir. 

Tədbirdə erkən nigah hallarının aradan qaldırılması,  qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığına qarşı mübarizə yolları, bu sahədə mövcud yerli və beynəlxalq qanunvericilik, Komitə tərəfindən həyata keçirilən müvafiq layihələr barədə məlumat verilib.

1news.az

Paylaş:
2006

Son xəbərlər

Bütün xəbərlər