Goranboyda ağır yol qəzası: 3 nəfər ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Goranboyda ağır yol qəzası: 3 nəfər ölüb

21:33 - 09 / 12 / 2016
Goranboyda ağır yol qəzası: 3 nəfər ölüb

Goranboyda 3 nəfərin ölümü ilə nəticələn ağır yol qəzası baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarqucaq kəndi yaxınlığından keçən avtomobil yolunda qeydə alınıb.

“NİVA” və “VAZ21011” markalı avtomobillərin toqquşması nəticəsində “Niva”nın sürücüsü hadisə yerində ölüb. Avtomobildə olan digər sərnişin və “VAZ21011” də olan bir nəfər ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda ölüblər. İlkin məlumata görə, dünyasını dəyişən “Niva”nın sürücüsü Goranboy rayon İcra Hakimiyyəti başçısının köməkçisi Fuad Əliyevdir.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
970

Son xəbərlər

Bütün xəbərlər