Elmar Məmmədyarov Qazaxıstanın xarici işlər naziri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Qazaxıstanın xarici işlər naziri ilə görüşüb

10:49 - 09 / 12 / 2016
Elmar Məmmədyarov Qazaxıstanın xarici işlər naziri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda keçirilən ATƏT Nazirlər Şurasının 23-cü iclası çərçivəsində Qazaxıstan Respublikasının xarici işlər naziri Yerlan İdrisovla görüşüb.

1news.az-ın məlumatına görə, görüşdə nazirlər Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın dostluq və qarşılıqlı anlaşma əsasında hərtərəfli və dinamik inkişafından məmnunluq ifadə ediblər. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyətinə toxunublar.

Tərəflər həmçinin Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıblar.

1news.az

 

Paylaş:
691

Son xəbərlər

Bütün xəbərlər