Azərbaycan “toylar kralı” elan edildi - Sevinək, yoxsa kədərlənək? – VİDEO
BMT-nin əhali fondunun yeni hesabatına əsasən, Azərbaycan toylara çəkilən xərclər üzrə dünya lideridir.
1news.az “Xəzər TV”yə istinadən xəbər verir ki, Azərbaycan bu sahədə Yaxın Şərqin zəngin ərəb ölkələrini də qabaqlayır.
Hesabata əsasən, Azərbaycanda toylara çəkilən xərc, orta aylıq əmək haqqının 9.7 mislinə bərabərdir.
Belə görünür ki, BMT-nin də təsdiq etdiyi “toylar kralı” ünvanı hələ uzun müddət Azərbaycanda qorunub saxlanacaq.
Ancaq buna sevinək yoxsa kədərlənək? Bütün dünyanın israfçılıqla mübarizə apardığı bir vaxtda belə nailiyət bizə lazımdırmı? Ən əsası da bu bizlərə nə qazandır? Bizi lider edən nədir? Bununla necə mübarizə apara bilərik?
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
1news.az